Evlilik proqramındakı azərbaycanlı qız iki oğlanla görüşür? - RƏZALƏT - VİDEO
Bizi izləyin

Magazin1

Evlilik proqramındakı azərbaycanlı qız iki oğlanla görüşür? - RƏZALƏT - VİDEO

QALMAQAL BÖYÜYÜR

Türkiyədə Zuhal Topalın evlilik proqramında azərbaycanlı iştirakçılarla bağlı qalmaqal səngimək bilmir.

Publika.az
xəbər verir ki, azərbaycanlı qız Naz Milanın keçmiş sevgilisi Baha onun yeni sevgilisi Əli ilə rəqs etməsinə hirslənərək, verilişi tərk edəndən sonra hər şeyin üstünü açıb.

İddialar yayılıb ki, Baha Nazı döyüb, lakin o, bu xəbəri təkzib edib. Ardınca proqramın əslində şou xarakterli olduğunu, baş verənlərin yalançı olduğunu deyib.

“Nazla bir-birimizi sevirdik, lakin onu Əli ilə oyunun içinə daxil etdilər. İnsan sevdiyinin oyunun içində olmasını qüruruna sığışdırmır. Mənə demişdilər ki, Nazın Əli ilə münasibətləri cümə gününə qədər davam edəcək, amma onların rəqs etdiyini görəndə özümü saxlaya bilmədim”, - deyə o verilişi tərk etməsinin səbəbini belə açıqlayıb.

Naz isə keçmiş sevgilisi Bahanın yalan danışdığını, onunla görüşmədiyini deyib.

“Bizi heç kim bu verilişə zorla çıxarmır. İstəyəndə gələ, istəyəndə gedə bilirik. Artıq mənim arxamca düşməsin, öz həyatımı yaşamaq istəyirəm”, - deyə Naz Bahaya cavabında bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm