Hollivud filmlərini azərbaycanlılar çəksəydi… - - FOTO
Bizi izləyin

Magazin1

Hollivud filmlərini azərbaycanlılar çəksəydi… - - FOTO

Hamının çox sevdiyi filmlərdə milli aktyorlarımız və məşhurlarımız oynayır.

Təsəvvür edin alternativ bir dünyada yaşayırsınız. Hollivud yerinə Azərbaycan kinematoqrafiyası öz qızıl dövrünü yaşayır. Hamının çox sevdiyi filmlərdə milli aktyorlarımız və məşhurlarımız oynayır.

Publika.az sizə Hollivud filmlərini azərbaycanlılar çəksəydi, oynaya biləcək sənətçilərimizin siyahısını təqdim edir:

Ağlımıza ilk olaraq "Pianoçu" filmi gəlir. Vladivaslav Spilmen obrazını oynayan Edrien Brodini yalnız əməkdar artist Rasim Cəfər əvəz edə bilərdi.

"Malena" filmində Malena Skordiya obrazını məharətlə canlandıran Monika Belluçidən sonra bu obrazı yalnız Pərvin Abıyevaya həvalə etmək olardı.

Çoxseriyalı "Betmen" filmində oynayacaq bir çox aktyor olsa da, bu obraza ən uyğun gələn "Pərdə" filmi ilə son zamanlar diqqətləri üzərinə çəkən aktyor Tural Əhməd oldu.

"Dəmir adam" digər adıyla "Iron man" filminə uyğun gələn qəhrəman isə aktyor Türkay Cəfərlidir.

Yaddaşlardan çıxmayacaq olan 1999-cu ildə istehsal olunan və bu günədək sevilən "Yaşıl yol" filmindəki aktyoru, yerli şou nümayəndələrindən yalnız Arzu Rzayevlə əvəz etmək olar.

1994-cü il istehsalı “Əsarətin bədəli” (The Shawshank Redemption) filmində Morqan Frimanı yəqin ki, ancaq Aşıq Ədalət əvəz edə bilərdi.

"Karib dənizinin quldurları" deyəndə ilk olaraq Conni Depp yada düşür. Azərbaycanın Conni Deppi isə gənc ifaçı Mərdan Kazımovdur. Düşünürük, ifaçı obrazının öhdəsindən məharətlə gələrdi.

Oynadığı seriallarla tanınan Nataliya Oreyro 2003-cü ildə "Kleopatra" filmində rol alıb. Filmin Azərbaycan versiyasında əməkdar artist Məsmə Aslanqızının oynaması tam yerinə düşərdi.

"Fantomas"ın baş rolunda Lui de Fünesin çəkildiyi məşhur ekran əsərində əməkdar artist Vahid Əliyevin oynaması daha düzgün olardı.

PrimeTime.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm