Şəfiqə Məmmədova o görüntüdən DANIŞDI: “Bunu kim edibsə ...” - - VİDEO
Bizi izləyin

Magazin1

Şəfiqə Məmmədova o görüntüdən DANIŞDI: “Bunu kim edibsə ...” - - VİDEO

Bəlkə də fasilə zamanı oturub nəsə içmişik, fotoqraf çəkib.

Azərbaycanda yəqin ki, məşhur “Bizim Cəbiş müəllim” filminə baxmayan tapılmaz. Bu filmin sonluğunun tamam başqa cür bitməsi barədə çoxlarımız xəbərsizik. Tədqiqatçı Füzuli Sabiroğlunun dünən Youtube sosial şəbəkəsinə yüklədiyi bir video “Bizim Cəbiş müəllim”lə bağlı yeni müzakirələrin açılmasına, qalmaqala səbəb olub.

Bu müzakiələrdə Cəbiş müəllimin arvadının görüntüsü əks olunub. Kulis.az saytının bu görüntünü arvadının Cəbiş müəllimə xəyanəti kimi təqdim etməsi sosail şəbəkəni əməlli-başlı qarışdırıb. Müzakirələrə qoşulanlar həmin kadrda xəyanətin əks olunmadığını bildirirlər.

Qeyd edək ki, 1969-cu ildə Sovet dövrü üçün intim sayıla biləcək həmin səhnə baxdığımız filmdə yoxdur. Guya, film belə bitməli imiş: Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə Cəbiş müəllimə xəyanət edir. Bu xəyanəti görən Cəbiş müəllim isə könüllü cəbhəyə yollanır və film onun ölümü ilə başa çatır.

Filmdə Cəbiş müəllimin arvadını canlandırmış aktrisa, Xalq artisti Şəfiqə Məmmədova Modern.az saytına açıqlamasında Youtube-yə yüklənmiş intim görüntülü həmin kadrlardan danışıb və bunu heç cür qəbul etmədiyini deyib.

“Bizim Cəbiş müəllim” filminin ssenarisi məndədir. 1969-cu ildən arxivimdə saxlayıram. Filmin qəhrəmanı da mənəm. Filmdə elə bir şey nəinki nəzərdə tutulub, heç o cür hal da yox idi. Əgər kimsə nədənsə şübhələnirsə, gedib yenidən filmə baxsın. Məsələnin bu cür qabardılması nəyə lazımdı axı?!

Filmlə bağlı ayrı versiyalar olmayıb. Sadəcə, ssenari müəllifi Maqsud İbrahimbəyov birinci dəfə mənə ssenarini təqdim edəndə, ssenarinin üz qabığında yazılmışdı. “Müharibənin min bir gecəsi”. Vəssalam! Dedikləriniz uydurmadır. Bu cür hallara sadəcə, gülürəm. Bunu kim edibsə, doğru deyil”.

Amma uzun söhbətdən sonra Şəfiqə Məmmədova belə bir kadra çəkilməsini də inkar etməyib.

“Daha doğrusu, dediyiniz kadra çəkilməyim yadımda deyil. Bəlkə də olub, amma bilmirəm. Bəlkə də fasilə zamanı oturub nəsə içmişik, fotoqraf çəkib. Bakalda içəndə nə olar?! O demək deyil ki, həmin kadr filmə daxil ola bilər. Nəinki daxil olmayıb, heç belə şey nəzərdə də tutulmayıb. Bunlar yadımda deyil. Film 1969-cu ildə çəkilib. Heç həmin kadra baxmaq da istəmirəm. Yaradıcılığı ciddi hesab edirəm. Belə şeylərə gülürəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm