Sevgilisi həbs olunan Rəqsanə OD PÜSKÜRDÜ: “Min oyuna əl atan...” - FOTO
Bizi izləyin

Magazin1

Sevgilisi həbs olunan Rəqsanə OD PÜSKÜRDÜ: “Min oyuna əl atan...” - FOTO

Sevgilisi həbs olunan Rəqsanə: “Zəfər çaldım, təmiz idim”

Rəqsanə İsmayılova keçmiş sevgilisi Faiq Azayevin həbs olunmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, müğənni instaqramda vicdanın təmiz olduğunu, günahkarın gec-tez öz cəzsını aldığını yazıb:

"Bu həyatda Allahımdan çox razıyam. Əvvəla haqqı danıb nahaq yolla insanı şərləməyə çalışan insanlar gec-tez Allah qarşısında cavab verir və cəzasını çəkir. Vaxtilə çox deyildi və yazıldı. Aradan demək olar ki, illər keçdi. Amma mən Allaha sığındım, səbir etdim və o, yollarımı açdı. Gözəl ailəm oldu, iki gözəl balamla çox xoşbəxtəm. Allahını unudan insanlarsa bir-bir cavabını alır. Haqq-ədalət öz yerini tapır. Əslində mən çətin günə sevinən insan deyiləm və buna haqqım da yoxdur. Mən də ana, Allahın bəndəsiyəm. Sadəcə adımdan, tanınmağımdan istifadə edib bacardıqları qədər çörəyimi yeyib, mənə quyu qazıblar. Adını çəkmək istəmədiyim və bir zaman güvəndikləri qadın indi haradadır? Bu gün yenə mənim adımın altında gizlənib. Bir daha adımı o insanların yanında qətiyyən hallandırmayın. Onlardan nə sevgili, nə dost, nə də ki, insan olar".

İfaçı daha sonra onu incidənlərin layiqli yerini aldığını bildirib:

"O gündən bu günə kimi zəfər çaldım. Çünki təmiz idim. Səbir etməklə hər kəsin kimliyi bəlli olur. Allah heç kimi darda qoymasın. Şər, böhtan söyləyən, şeytan əməlinə uyub min oyuna əl atan, insanın üzünə duranlar bədbəxtdir. Allah köməkləri olsun. Lakin mən inanıram ki, Allah heç kimin ahını yerdə qoymur. Necə ki, məni incidənlər öz cavabını ala-ala gedir. Sən böyüksən, ilahi!”

Xatırladaq ki, ötən gün Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm