Hərbi xidmətdə olmayan azərbaycanlı müğənnilər - SİYAHI
Bizi izləyin

Magazin1

Hərbi xidmətdə olmayan azərbaycanlı müğənnilər - SİYAHI

Hansı məşhurlar, hansı səbəblərlə hərbi xidmətdə iştirak etməyiblər?

Cəbhə xəttində gərgin anların yaşandığı bir vaxtda şou-biznesimizin tanınmışları arasında maraqlı sorğu keçirilib.

İllər ərzində yaradıcılıqları ilə Azərbaycan musiqisinə xidmət edən müğənnilər, görəsən, hərbi xidmətlərini də yerinə yetiriblərmi? Hansı məşhurlar, hansı səbəblərlə hərbi xidmətdə iştirak etməyiblər?

Bunlardan biri ölkəmizi “Eurovision – 2011” beynəlxalq mahnı müsabiqəsində təmsil edən və qalib olan Eldar Qasımovdur.

Xalq artisti Faiq Ağayev isə səhhətində olan problemlər ucbatından əsgər gedə bilməyənlər sirasındadır.

Müxtəlif konsert proqramları ilə əsgərlərin qarşısında çıxış edən İzzət Bağırovun adı da bu siyahıdadır. Müğənni əsəblərinin gərgin olması səbəbi ilə əsgərliyə getmədiyini açıqlayıb.

Prodüser Tolik isə vaxtilə çox arıq olduğu və lazım olan çəkidə olmadığı üçün əsgərlikdə olmayıb.

Elnur Məmmədovun da adı həmkarları ilə eyni sıradadır.

Əməkdar artist Abbas Bağırov isə əsgərlikdə olmadığını və səbəbini açıqlamaq istəmədiyini söyləyib.

Zamiq Hüseynov isə hərbi xidmətə yararsız olduğunu vurğulayıb.

Müğənni Yaşar Cəlilov da əsgərlikdə olmayanlardandır.

Xalq artisti Mənsum İbrahimov da səhhəti ilə bağlı olaraq hərbi xidmətini başa vurmayıb.

metbuat.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm