Nigar Camal: “Elə kişi yoxdur” - FOTOLAR
Bizi izləyin

Magazin1

Nigar Camal: “Elə kişi yoxdur” - FOTOLAR

Nigar Camal bu dünyada onu ən çox qeyri-səmimi və riyakar insanların narahat etdiyini bildirib.

Nigar Camal bu dünyada onu ən çox qeyri-səmimi və riyakar insanların narahat etdiyini bildirib.

Publika.az-ın “Üç nöqtə” layihəsinin suallarını bu həftə cazibədar müğənni cavablandırıb.

- İndiki ağlım olsaydı...

- İndiki ağlım olsaydı, vaxtı ilə dalımca qaçan, indi isə özünü dartan adamları yaxına buraxmazdım.

- Zəmanət verə bilərəm ki...

- Həmişə nömrə bir qalacam.

- Söz verirəm ki...

- Əvvəlki səhvləri bir də buraxmayacam.

- Dünyanı dəyişə bilsəydim...

- Çox istərdim ki, insanlar daha səmimi olsun.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Elə kişi yoxdur, onlar həmişə xəyanət edir.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Özünü sevmək. Özünü sevən qadını başqaları da sevəcək və hörmət edəcək. Ümumiyyətlə, özünəhörmət çox vacib xüsusiyyətdir. Heç kimə görə alçalmağa dəyməz.

- Qadınlar yaşını ona görə, gizlədir ki...

- Maraqlıdır ki, İngiltərədə heç kəs öz yaşını gizlətmir. Xaricilərdə yaşla bağlı kompleks yoxdur, əksinə bununla zarafat edirlər. Təəssüf ki, bu problem bizdə daha çox rast gəlinir. Bizdə qadınlar 30 yaşdan sonra yaşlı xalalar kimi xalatda gəzməyə alşıblar. Heç mənim də yaşla bağlı kompleksim yoxdur. Həmçinin qürur duyuram ki, öz yaşımı göstərimirəm. 36 yaşındayam, amma yaşımın qadını deyiləm. Cavan qalmaq üçün özümə qulluq edirəm.

- Qızlarıma məsləhət verirəm ki...

- İlk növbədə ağıllı olsunlar və nə baş verməsindən asılı olmayaraq mən hər zaman onların yayındayam.

- Təəssüf edirəm ki...

- Səmimi insanlar az qalıb, riyakarlar daha çoxdur.

- Qadına qarşı şiddət...

- Anormal haldır. Elə qadınlar da var ki, döyülmək üçün özləri şərait yaradır. Buna da pis baxıram.

- Məşhur yazıçı Albert Kamyu deyir ki, “Bir insanın təkbaşına xoşbəxt olması utanılası bir işdir”. Sizcə, gözəl qadın üçün tənhalıq utanc və lənətdir, yoxsa...

- Qətiyyən, təklik rahatlıq və azadlıqdır.

- Vicdanım haqqı...

- Dediklərimdə tam səmimiyəm.

- Yaxşı gündə, pis gündə...

- Doğmalarım həmişə yanımda olsun.

- Vanqa nənə ilə görüşsəydim...

- Görüşmək istəməzdim, gələcəklə bağlı məsələlər məni maraqlandırmır.

- Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki...

- Əgər insan həyatımdan gedirsə, mən o insanı silirəm. Keçmişlə yaşayan insan deyiləm, xatirələri unuda bilirəm. Bu, insana əzab verir.

- Bəşəriyyətin gələcəyi barədə düşünəndə...

- Çox istərdim ki, müharibələr bitsin. Dünyanın, uşaqların, ümumiyyətlə, hər kəsin buna ehtiyacı var və xoşbəxt yaşamağa layiqdir.

- Günahlarım yadıma düşəndə...

- Heç yadıma düşmür ki? Həm də bağışlanmaz günahlarım olduğunu düşünmürəm. Səhv edəndə dərin peşmançılıq hissi keçirmirəm, onsuz da heç nəyi geri qaytarmaq mümkün deyil. Bəziləri kimi özümü öldürmək kimi fikirlərə də qapılmıram.

- Xəcalət çəkirəm ki...

- Həyatım boyu xəcalət çəkməmişəm, xasiyyətim fərqlidir.

Aytən

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm