Kənan M.M-lə Fərda arasında PUL DAVASI: "15 min manat istədi və..."
Bizi izləyin

Magazin1

Kənan M.M-lə Fərda arasında PUL DAVASI: "15 min manat istədi və..."

Kənanla Fərda arasında dava qızışır

“Gecə qonağı” filmində baş rolu ifa edən aktyor Fərda Xudaverdiyevin ikinci hissədə iştirak etməyəcəyi bəlli olub.

O, filmin ikinci hissəsində çəkilmək üçün qonorar məsələsində rejissor Kənan M.M-lə razılığa gələ bilmədiyini açıqlayıb. Fərda Xudaverdiyev dünya ölkələrində aktyora verilən qonorarla müqayisədə istədiyi pulun cüzi miqdarda olduğunu deyib.

Publika.az xəbər verir ki, Kənan M.M Mətbuat.az-a açıqlamasında aktyorun dediklərinə cavab verib: “Gecə qonağı” filminin uğur gətirməsinə əsaslanaraq, onun ikinci hissəsini çəkmək qərarına gəlmişik. “Gecə qonağı 2” filminin birinci ilə əlaqəsi yoxdur. Bəli, Fərda Xudaverdiyevlə danışdıq, lakin razılığa gəlmədik. Çünki cüzi miqdar dediyi rəqəm 15 min manatdır. Ona görə də, filmin ikinci hissəsində Fərda iştirak etməyəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm