Prezidentin təltif etdiyi Xumar Qədimova: “Bundan gözəl hədiyyə ola bilməzdi”
Bizi izləyin

Magazin1

Prezidentin təltif etdiyi Xumar Qədimova: “Bundan gözəl hədiyyə ola bilməzdi”

Çox sevindiyini və həyəcanlı olduğunu bildirib.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan qadınlarının 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Təltif olunanlar arasında müğənni Xumar Qədimovanın da adı var. O, Əməkdar artist adına layiq görülüb.

İfaçı Publika.az-a təəssüratlarını bölüşüb. O, çox sevindiyini və həyəcanlı olduğunu bildirib: “Xəbərimiz yox idi, gözlənilməz oldu. Əlbəttə ki, çox sevinirəm. 8 martda mənə bundan gözəl hədiyyə ola bilməzdi. Cənab Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.

Onu da qeyd edək ki, Xumar Qədimova sözügedən sərəncamda Əməkdar artist adına layiq görülən yeganə ifaçıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm