
Türkiyədə yaşayan və orada fəaliyyət göstərən
azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni seriala
çəkiləcək.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, aktrisa formada qalmaq üçün qidalanmasına xüsusi diqqət
etdiyini və həftənin 3-4 günü idmanla məşğul olduğunu deyib:
"Bir serial və üç film təklifi var. Yaxında çəkilişlərə başlayacağıq. Serialda gözəl və çox cazibədar bir qadını canlandıracağam".
Xatırladaq ki, Nəsrin ötən il “Hürriyet” qəzetinə müsahibəsində kişilərin ona çılpaq fotolar atdığını və həmin şəkillərdən ibarət sərgi açacağını söyləmişdi. Bu müsahibədən sonra isə aktrisa kişilərdən çoxaylı üzr məktubları aldığını etiraf etmişdi.
Aytən