Azərbaycansayağı "Xaç atası" çəkildi - FOTO
Bizi izləyin

Magazin1

Azərbaycansayağı "Xaç atası" çəkildi - FOTO

Rejissor Elmar Bayramov Maraqla gözlənilən “Don Marleone” filminin haqsızlıqlara və mafiyaya qarşı mübarizə aparan gənclərdən bəhs etdiyini deyib.

Rejissor Elmar Bayramov maraqla gözlənilən “Don Marleone” filminin haqsızlıqlara və mafiya qruplarına qarşı mübarizə aparan gənclərdən bəhs etdiyini deyib.

Publika.az xəbər verir ki, Elmar Bayramov rejissoru olduğu “Don Marleone”-nin “Xaç atası” filmininə bənzədilməsinə aydınlıq gətirib:

“Bəzi saytlar “Don Marleone” filminin "Xaç atası" əsasında çəkildiyini yazıb. Don Marleone ilə Don Karleone adları bir-birinə bənzəsə də, hadisələr tamamilə başqa mövzular ətrafında cərəyan edir. Bizim çəkdiyimiz komedik versiya deyil, trillerdir. Sadəcə, italyan filmlərdən ilhamlanmışıq. Film haqsızlıqlara qarşı mübarizə aparan gənclərdən bəhs edir".

Xatırladaq ki, filmdə baş rolu "Best model of the World model" titulunun sahibi Rüstəm Cəbrayılov və gənc aktrisa Natəvan Əfəndiyeva oynayıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm