Şəbnəm Tovuzlu oğul anası oldu -YENİLƏNDİ - \ FOTOLAR
Bizi izləyin

Magazin1

Şəbnəm Tovuzlu oğul anası oldu -YENİLƏNDİ - \ FOTOLAR

Ana olmaq gözəl hisdir.

Müğənni Şəbnəm Əsədova ötən gün övladını dünyaya gətirib.

Publika.az xəbər verir ki, ikinci dəfə ana olmaq sevincini yaşayan müğənninin oğlu olub. Primetime.az-a açıqlama verən xanım ifaçı körpənin 4 kiloqram ağırlığında, boyunun isə 56 santimetr olduğunu bildirib. O, daha sonra fikirlərini belə ifadə edib: "Çox sevinirəm. Allahın bu gününə şükür. Övladdan gözəl varlıq ola bilməz. Allah hər kəsə bu sevinci nəsib etsin". Oğluna Əli adını verən Şəbnəm Əsədova övladının üzünü gizlədib. Buna səbəb isə həyat yoldaşının icazə verməməsi olub.

***

Müğənni Şəbnəm Əsədova (Tovuzlu) ana olub.
Musavat.com xəbər verir ki, müğənninin oğlu dünyaya gəlib. O bu haqda sosial şəbəkədə məlumat verib:
“Artıq ana olmuşam. Allah arzusunda olanlara qismət etsin. Ana olmaq gözəl hisdir. Bütün qızlarımıza ana olmağı arzulayıram. Allah hamıya xoşbəxt ailə qismət etsin”
Qeyd edək ki, ilk nikahından bir qızı olan Şəbnəmin uşağının atası iş adamı Hacı Rafiqdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm