“The Game” filminin qala gecəsi baş tutdu - FOTOLAR
Bizi izləyin

Magazin1

“The Game” filminin qala gecəsi baş tutdu - FOTOLAR

Dünən "Cinema plus"da "Yarasa art pictures"in istehsal etdiyi "The game" filminin qala gecəsi keçirilib.

Publika.az xəbər verir ki, filmdə türkiyəli aktyor Eray Türk, Pərvin Abıyeva və bir çox aktyorlar çəkilib.

"Kurtlar vadisi" serialında "Yıldırım" obrazını canlandıran türkiyəli aktyor Eray Türk Azərbaycan filmində çəkilməsi ilə bağlı təəssüratlarını bölüşüb. O, filmdən aldığı qonorardan razılığını ifadə edib:

"Film iki il ərzində çəkildi. Azərbaycan dilini anlamaqda bir az çətinlik çəkdim. Buna baxmyaraq çəkilişlər gözəl keçdi. Heç vaxt Azərbaycan filmlərini izləməmişəm və aktyorlarını yaxşı tanımıram. Filmdən 30 min manata yaxın qonarar aldım".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm