Türkiyə şirkəti Mübariz İbrahimov haqqında film çəkir - VİDEO
Bizi izləyin

Magazin1

Türkiyə şirkəti Mübariz İbrahimov haqqında film çəkir - VİDEO

“Mübariz” filmi çəkiləcək.

Politoloq Ramiz Alıyevin ideya müəllifliyi və Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə Türkiyənin tanınmış film və televizya proramları şirkəti olan “Renk Media” şirkəti Milli Qəhraman Mübariz İbrahimovun qəhrəmanlığını əks etdirən “Mübariz” filmi çəkiləcək.

Publika.az xəbər verir ki, politoloq Ramiz Alıyevin ideya müəllifliyi ilə Türkiyənin tanınmış film və televizya proqramları şirkəti olan “Renk Media” şirkəti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimova həsr olunmuş “Mübariz” Filmini çəkmək üçün hazırlıqlarını başa vurub. Bu layihənin üzərində artıq 2 ilə yaxındır ki, işlər gedir və yaxın günlərdə filmin çəkimlərinə başlanılacaq.

Filmi çəkəcək şirkətin sahibi Hamit Tuncel təəssüratlarını bölüşüb: “Öncə onu deyim ki, Biz bir millət iki dövlət olduğumuz üçün Milli Qəhraman Mübariz İbrahimov da həm Azərbaycanın, həm də Türkiyənin Milli Qəhrəmanıdır. Belə bir qəhrəman haqqında film çəkmək ideyası mənim azərbaycanlı politoloq dostum Ramiz Alıyevdən gəldi. İdeyanı eşidəndə çox sevindim. Belə bir film çəkmək komandam üçün böyük bir şərəf olar. Filmdə Türkiyənin ən məşhur seriallarında baş rolda oynayan aktyorladan və aktrisalar dəvət ediləcək. Filmin çəkilişlərini beynəlxalq sahələrdə mükafat almış filmləri və serialları milyonlarla adam tərəfindən izlənilən rejissorlar tərəfindən çəkiləcək. Ekran işi Orta Şərq və Avropa kinoteatrlarında nümayiş olunacaq. Bu filmdə Xocalı və Qarabağ hadisələri öz əksini tapacaq. Geniş auditoriya üçün nəzərdə tutulan film sayəsində Azərbaycan həqiqətlərini dünyaya çatdırılmış olacağıq. Film yalnız Azərbaycanda və Türkiyədə nümayiş olunmayacaq. Film türk və amerikalı texniki mütəxəssislər tərəfindən reallaşdırılacaq, vizual efekt və animasiyalar dünyanın ən keyfiyyətli studiyalarında qurulacaq. Filmin musiqiləri "Capitol" studiyası tərəfindən hazırlanacaq. Filmdə əsas rolları yalnız türk aktyor və aktrisalar oynamayacaq, həmçinin Azərbaycandan əməkdaşlıq etdiyimiz prodakşının bizə təqdim etdiyi azərbaycanlı aktyor və aktrisalar da rol alacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm