Azər Əliyevlə Leyla Əliyevanın yeni FOTOLARI
Bizi izləyin

Magazin1

Azər Əliyevlə Leyla Əliyevanın yeni FOTOLARI

Məşhur aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkədə prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev və Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə birgə yeni fotolarını paylaşıb.

Publika.az xəbər verir ki, A.Əliyev 2016-cı ildən Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidentidir.

Azər Əliyev həm də peşəkar idmançıdır. Sosial şəbəkədə mütəmadi olaraq öz videolarını paylaşan Azər qısa zamanda idman sahəsində böyük uğurlar əldə edib.

2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.

23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb.

2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm