Vüqar Qaradağlı ATV-nin direktorluğundan uzaqlaşdırılır? - Turan İbrahimovdan AÇIQLAMA
Bizi izləyin

Magazin1

Vüqar Qaradağlı ATV-nin direktorluğundan uzaqlaşdırılır? - Turan İbrahimovdan AÇIQLAMA

Yeni direktor təyinatı ilə bağlı söz-söhbətlər dolaşır.

ATV-də yeni direktor təyinatı ilə bağlı mediada söz-söhbətlər dolaşır.

Kanalın İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov Publika.az-a açıqlamasında bununla bağlı çıxan xəbərlərə aydınlıq gətirib.

Məşhur aparıcı belə deyib:

“Mustafa Çelik adlı mütəxəssisin kanala cəlb edilməsi doğrudur. Hazırda da ATV-də texniki məsələlər üzrə məsləhətçi qismində bizimlə əməkdaşlıq edir və müəyyən optimallaşdırma proseslərinə nəzarət edir. Bu gün kanal haqqında mətbuatda çıxan digər xəbərlər isə şayiələrdir. O, sadəcə olaraq texniki məsələlərə nəzarət edən şəxsdir. Çelikin kanalın rəhbəri olması absruddur. Azad Azərbaycan Teleradio Kompaniyasının direktoru Vüqar Qaradağlıdır. Türkiyəli mütəxəssis kanala sırf Vüqar Qaradağlının iradəsi və razılığı ilə dəvət olunub. Onun yaradıcı heyət ilə təması yoxdur, ancaq və ancaq texniki proseslərlə bağlı müəyyən məsələlərdə öz təkliflərini rəhbərliyin qarşısında qaldırır və müzakirələrə əsasən də qərar verilir”.

Məşhur aparıcı kanalda heç bir iqtisadi böhranın olmadığını xüsusi olaraq vurğulayıb:

“Özəl kanallar arasında maddi durumu ən yaxşı olan ATV-dir. Bu hamıya da məlumdur, maaşlar da vaxtlı-vaxtında veilir. Öz vəzifə borcunu yerinə yetirməyən işçilər isə daha peşəkarları ilə əvəz olunur. Bu da kifayət qədər təbii haldır. Baş verənlər yalnız bundan ibarətdir”.

T.İbrahimov sadəcə bir neçə şəxsin yol verdiyi nöqsanlara görə işdən uzaqlaşdırıldığını da bildirib:

“Bu cür şayiələri də onlar yayır. Hamısı absurd fikirlərdir".

Xatırladaq ki, bu gün bəzi saytarda ATV kanalında ixtisarlar aparıldığı, mart ayının əmək haqqları hələ verilmədiyi ilə bağlı xəbərlər çıxıb. İrəli sürülən iddialara görə, rəhbərliyin qoyduğu yeni qaydalar telekanal işçilərini ATV-ni tərk etmək məcburiyyətində qoyub.

ATV-də ciddi prosesslərin baş verdiyini deyən kanalındakı səlahiyyətli şəxslərindən birinin sözlərinə görə, kanal bir neçə aydır direktor Vüqar Qaradağlının nəzarətindən çıxıb. Məlumata görə, kanala rəhbərlik üçün Mustafa adlı bir türk mütəxəssis göndərilib. Deyilənə görə, yaxın aylarda ATV-nin direktoru olacağı deyilən Mustafa kanalın gələcək fəaliyyətini qurmaq üçün ilk növbədə ixtisarlara üstünlük verib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm