Magazin1
Bakıda “Youthvision-2017” beynəlxalq mahnı müsabiqəsi keçirildi
Aprelin 21-də Bakıda “Youthvision 2017” beynəlxalq mahnı müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Youthvision 2017” beynəlxalq mahnı müsabiqəsinin əsas məqsədi yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Müsabiqə 14-35 yaşarası gənclər arasında keçirilir.
Müsabiqədə ümumilikdə 19 ölkənin - Azərbaycan, Slovakiya, Moldova, Polşa, Macarıstan, İtaliya, Belarus, İsrail, İran, Serbiya, Qırğızıstan, Rusiya, Tacikistan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Böyük Britaniya və Finlandiya dövlətlərinin ifaçı və münsiflərindən ibarət 60-a yaxın gənc iştirak edib.
Açılış mərasimində çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov ölkəmizin mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən danışıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, bu müsabiqədə həm Azərbaycanın, həm də ölkəmizə qonaq gələn müxtəlif ölkələrin gəncləri öz istedadlarını nümayiş etdirirlər. Layihə çərçivəsində çoxlu sayda yaradıcı gənc milliyətindən, dini mənsubiyyətindən asılı olmayaraq gözəl dostluq ailəsi formalaşdırır.
Müsabiqədə qiymətləndirmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Müsabiqənin ümumi mükafat fondu 6 min ABŞ dollarıdır.
Sonda qaliblər mükafatlandırılıb: birinci yeri Gürcüstan (109 xal), 2-ci yeri Qırğızıstan (100 xal), 3-cü yeri Moldova (97 xal) təmsilçiləri tutublar.
Qeyd edək ki, aprelin 15-dən 22-dək Bakıda olan qonaqlar şəhərimizin müxtəlif yerlərini gəzib, Qız qalası, Şirvanşahlar sarayı və digər tarixi abidələr ilə yaxından tanış olublar. Səfər çərçivəsində onlara Azərbaycan tarixi haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, Bakının müxtəlif məkanlarında müsabiqədə təqdim olunması üçün iştirakçıların tanıtım çarxlarının çəkilişi də həyata keçirilib.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var