"Bura Vətəndir" Zərdabda - Amil Xəlil 102 yaşlı nənə ilə..
Bizi izləyin

Magazin1

"Bura Vətəndir" Zərdabda - Amil Xəlil 102 yaşlı nənə ilə..

Veriliş hər bazar saat 14:00 da Lider Tv-də yayımlanır.

Lider Tv -də yayımlanan "Amil Xəlil ilə Bura Vətəndir!" verilişi bu dəfə Zərdabda qonaq olub.

Qazan balığını bişirmə qaydasından danışan aparıcı bölgənin tarixi haqqında da məlumat verir.

102 yaşlı Zərdablı nənə eynək taxmadan iynə saplayır və bir çox tikiş işləri görür və satır.

Zərdabinin ev müzeyi isə olduğca maraqlı və zəngindir. Zərdabi haqqında elə Zərdabi elində danışan aparıcı Lomonosov adına orta məktəbdə də qonaq olub. Maraqlı məqam isə məktəbin direktorunun şəhid atası olmasıdır. Bəs məktəb nə üçün şəhidin adını yox, Lomonosovun adını daşıyır?

Zərdabda yeni açılmış xəstəxanaya həkimlər tələb olunur. Hər cür avadanlıqla təmin olunan xəstəxanada nə az, nə çox 50-dən artıq kadr çatışmamazlığı var. Zərdabda həkim olmaq istəyənlər mütləq izləyin...

Daha ətraflı "Amil Xəlil ilə Bura Vətəndir!" layihəsində.

Xatırladaq ki, veriliş hər bazar saat 14:00 da Lider Tv-də yayımlanır.

Növbəti çəkiliş Tərtər rayonunda olacaq. Tərtərin qeyri adi bacarığı və istedadı olan, o cümlədən ixtirası və maraqlı insanları 070 653 48 69 Votsap nömrəsinə yaza bilər.

Publika.az verilişə informasiya dəstəyi verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm