Gey müğənninin Zaqatala konsertində ŞOK ANLAR: azyaşlıların gözü önündə... - VİDEO
Bizi izləyin

Magazin1

Gey müğənninin Zaqatala konsertində ŞOK ANLAR: azyaşlıların gözü önündə... - VİDEO

Biabırçılıq...

Zaqatala rayonunda Burhan adlandıran müğənninin rayon mərkəzindəki parkda konserti sosial şəbəkədə müzakirəyə çevrilib. 2016-cı ilin avqust ayında lentə alınan görüntülərdə, hərəkətləri ilə diqqət çəkən müğənni parka yığışan bir neçə vətəndaşın qarşısında konsert proqamı ilə çıxış edib. Sosial şəbəkədə bu günlərdə yayılan görüntülər isə birmənalı qarşılanmayıb.

Konsertin Zaqatala rayon İcra Hakimiyyəti Mədəniyyət şöbəsi ilə razılaşdırılmasını nəzərə alaraq qurumla əlaqə saxladıq. Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəliyinin əməkdaşı Zümrüd Ağakişiyeva Publika.az-a açıqlamasında həmin şəxsin dövlət tədbirində çıxış etmədiyindən məsələyə görə məsuliyyət daşımadıqlarını dedi: “O, müstəqil şəxsdir. Konsert verdiyi yer də bütün hər kəs üçün açıq olan bir parkdır. O, dövlət tədbirində çıxış etmədiyinə görə bu barədə açıqlama vermək məcburiyyətində deyilik.

Həmin şəxs Zaqatala rayon vətəndaşıdır. Bu konsert 1 ildən çoxdur baş tutub, bu gün tədbiri müzakirəyə çıxartmaq Azərbaycan vətəndaşlarına nə qədər yaraşan haldır? Bioloji problemlərinin olması öz işidir. O, normal bir ailənin uşağıdır, valideynləri daim arxasında idi. Məktəb vaxtı çox yaxşı şagird idi, yeniyetməlik dövründə bu cür problemləri yarandı. Heç kim onu təqdir etmir, lakin bu, onun şəxsi problemidir.

Biz konsertə icazə verməmişik, onu təşkil etməmişik. Onu dövlət tədbirlərinə çıxartmadığımıza görə məsuliyyət daşımırıq. Həmin parkda yay aylarında hər gün konsert olur. Hazırda bizim idarəmiz Şəki regional idarəyə birləşdirilib və bu cür tədbirlər bizimlə məsləhət edilmir. Mən yalnız dövlət tədbirlərinə cavab verə bilərəm. Fərdi vətəndaşdır, tədbirini keçirib, burada böyütməli nə var ki?”

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm