Magazin1
Zaqatalalıları coşduran gey müğənni SİRLƏRİNİ AÇDI: “Mənə çox təkliflər gəlir, amma...” - - FOTO/VİDEO
Son bir neçə gündür ki, Diva Burhan Sultan adlı
müğənninin Zaqatala rayonunda təşkil olunmuş konserti sosial
şəbəkələrdə geniş müzakirə olunur. İfaçının səsini, cəsarətini
alqışlayanlar olsa da, görünüşü və davranışlarını qınayanlar daha
çoxdur.
“Qafqazinfo” bu məqamda müğənninin özü ilə əlaqə saxlayıb və qısa
müsahibə alıb.
- Konsertinizdən çəkilmiş videolar sosial şəbəkələrdə geniş
müzakirə olunur. İnstaqramda bunun sizi məyus etdiyini yazmısız.
Belə reksiyaları gözləyirdinizmi?
- Yox, gözləmirdim. Cəmiyyətə yanlış tanıdılmaq məni çox
kədərləndirdi. Bu konsert keçən ilin avqust ayında olub. Bir ay
qabaqdan mənim solo konsertimlə bağlı afişalar rayonun müxtəlif
yerlərində asılıb. O afişalardakı şəkildən insanlar mənim hansı
geyimdə, necə səhnəyə çıxacağımı bilirdi. Bundan başqa, onsuz da
uşaqlıqdan musiqi ilə məşğulam və rayonda çox insan məni tanıyır.
Düz bir il sonra konsertin videolarının yayılması, özü də mənə
qarşı təhqirlərlə yayılması onu göstərir ki, bu, təxribatdır, məni
vurmağa çalışırlar. Mənim ən böyük dəstəkçim atam idi və onun
rəhmətə getdiyi bir zamanda belə xəbərlərin yayılmasına mən başqa
bir ad verə bilmirəm.
Çox gözəl səsim var, o boyda iş görürəm, niyə biri bunu demir?
Videolardan da görünür ki, iştirakçıların hər biri konsertdən
məmnundur və çox gözəl vaxt keçirir. Belə deyək, əgər tələbat
olmasaydı, mən cibimdən xərc çəkib niyə pulsuz konsert verirdim?
Bir il müddətində konsertimlə bağlı sadəcə müsbət fikirlər almışam.
Rayon sakinləri artıq məni belə mənimsəyib və sevir. İstəməyən
insan konsertimə gəlməzdi. Bu hadisələr məni çox üzür, amma
yıxılmamağa çalışıram. Konsertim 3 saat çəkib və mən bu müddətdə
30-a yaxın mahnını canlı oxumuşam. Niyə bundan danışmırlar?
- Rayon İcra Hakimiyyəti açıqlamasında konsertdən xəbərsiz
olduğunu deyib. Ancaq yəqin ki, rayonun ən böyük parkında konsert
vermək üçün icazə almısız.
- Əlbəttə, diplomlarımla oraya getmişəm və konsert üçün icazəmi
almışam. Kimsə kefi istəyən zaman konsert verə bilməz axı. Hər
hansı bir narazılıq olmayıb, hətta nə köməklik lazım olsa, edə
biləcəklərini söylədilər.
- Açıq hava konserti olduğu üçün çox güman pulsuz təşkil
olub. Bəs təşkilati dəstək oldu, yoxsa öz büdcənizlə
reallaşdırdız?
- Bəli, pulsuz təşkil olunub. Özü də xalqın istəyi ilə. Hər hansı
bir təşkilati dəstək olmayıb. Valideynlərimin köməyi ilə etmişik.
Mənim öz arzularım var və müəyyən əziyyətlərlə o səviyyəyə çatmağa
çalışıram.
- Bəs hazırda rayonda toylara dəvət alırsızmı?
- Dəvət çox alıram, amma nadir hallarda iştirak edirəm. Seçici
insanam, hər dəvət olunan yerə getmirəm. Həmişə toy müğənnisi yox,
səhnə müğənnisi olmaq istəmişəm. Restoranlardan da dəvətlər gəlir.
Hər həftənin şənbə günü şou proqramlarım olurdu. İnsanlar da çox
sevərək gəlir, əylənirdilər. Hara getsəm, deyirlər ki, onların
əhvalını yüksəldirəm. Mən insanlara həmişə sevgi ilə yanaşıram,
pozitiv bir insanam.
- Zaqatala həmişə daha müasir bir bölgə kimi tanınır. Bəlkə
də, ona görə səhnə geyimlərinizə bu qədər böyük reaksiyalar
olmur?
- Həqiqətən Zaqatala çox müasir yerdir. Rayonumu çox sevirəm və
burada doğulduğum üçün xoşbəxtəm. İnsanlarını da çox sevirəm. Bu
xəbərlərdən sonra onlarda da mənə qarşı bir az qırğınlıq oldu ki,
rayonu pis təbliğ etdim. Amma hər şey göründüyü kimi deyil.
Uşaqlığımdan mən səhnələrdə, dövlət tədbirlərində olmuşam, hərbi
hissələrdə konsertlərim təşkil olunub. Dövlət tədbirinə gedəndə nə
geymək lazım olduğunu da çox yaxşı bilirəm. Rayonda insanlar məni
tanıyıb və qəbul edib. Bir qalıb bütün ölkədə qəbul etdirmək, onu
da bacaracam.
- Gələcək planlarınızda Bakıya gəlmək var?
- Bəli, var. Sadəcə olaraq hazırda Gürcüstanda universitet
oxuyuram, üçüncü kurs tələbəsiyəm. Təhsilim bitdikdən sonra
fəaliyyətimi paytaxtda davam etdirməyi düşünürəm. Çünki mənə çox
təkliflər gəlir.
- Bu son haqqınızda yayılan xəbərlər sizi ruhdan
saldı?
- Yox, əlbəttə. Sadəcə atamın ölümü ilə üst-üstə düşməsi məni
mənəvi olaraq çox yordu. Ancaq başımın üstündə Allahım, yanımda da
sevənlərim olduğu müddətdə mən səhnələrdə olacam. Mənim ürəyimi
bilənlər bilir. Deyildiyi kimi heç kimə yanlış, pis örnək olacaq
biri deyiləm. Mən müğənniyəm, bu dəfə açıq, sabahkı tədbirimdə tam
qapalı geyinə bilərəm. Yaşamaq mənə belə xoşdur. İnsanlara da
fərqlilik, müasirlik lazımdır. Heç kimin qabağında əxlaqsızlıq
etməmişəm. Ən çox ona pis oldum ki, olmayan şeylər deyildi. Məni
əxlaqsız elədilər. Əgər mən əxlaqsızlıqla məşğul olsaydım, müğənni
də olmazdım. Allah heç kimi o yola salmasın. İndi Allah məni belə
yaradıb, mənə belə bir səs verib, təvazökarlıqdan uzaq olsa da,
deyəcəm, görünüş olaraq gözəl yaradıb, bu da böyük xoşbəxtlikdir.
Hər adama qismət olmayan şeylər mənə qismət olub, buna görə də çox
şadam. Hər özünə fikir verən, geyinən, bəzənən, səhnədə olan insan
əxlaqsız olmur.
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək