Zaman Fuad Poladovu BELƏ DƏYİŞDİ – GƏNCLİK FOTOLARI
Bizi izləyin

Magazin1

Zaman Fuad Poladovu BELƏ DƏYİŞDİ – GƏNCLİK FOTOLARI

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Xalq artisti Fuad Poladovun doğum günüdür.

Publika.az xəbər verir ki, Xalq artisti Fuad Poladovun 69 yaşı tamam olur. Aktyor doğum günü təəssüratlarını bizimlə bölüşüb. İlk təbriklərini ailə üzvlərindən aldığını deyən Xalq artisti doğum gününü təmtəraqlı şəkildə qeyd etməyi xoşlamadığını söyləyib. “Fuad Poladov öz doğum günündə keçmiş üçün, yoxsa gələcək üçün daha çox darıxır?” sualına isə belə cavab verib:

“Nə keçmiş, nə də gələcək üçün darıxıram. Ümumiyyətlə, darıxmağa vaxt yoxdur, görüləsi işlər çoxdur”.

Səsi batan aktyor doğum günündə özünə yalnız can sağlığı aruzladığını deyib:

“Can sağlığından qiymətli heç nə yoxdur. Səhhətim yaxşıdır, lakin səsim hələ tam düzəlməyib, müalicə davam edir. Stressdən uzaq qalmalı və səbirli olmalıyam. Həkimlər konkret vaxt qoymasa da, məsləhət görüb ki, qeydimə qalım. Allah Kərimdir, inşallah düzələr”.

Qeyd edək ki, Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADMİU-nun Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). 20 mart 1987-ci ildə Azərbaycanın Xalq artisti fəxri adını alıb.

Bundan başqa, Fuad Poladov “Ad günü”, “Ağasadıq Gəraybəyli”, “Ailə”, “Aktrisa”, “Arxada qalmış gələcək”, “Etimad telefonu”, “Əlavə təsir”, “Əlvida, cənub şəhəri”, “Ən vacib müsahibə”, “Fatehlərin divanı”, “Güllələnmə təxirə salınır”, “Günaydın, mələyim”, “Hacı Qara”, “Həqiqətin özü”, “İmtahan”, “İşarəni dənizdən gözləyin”, “İstintaq davam edir”, “Köpək”, “Küçələrə su səpmişəm”, “Qara Volqa”, “Qayınana”, “Qırmızı qatar”, “Qırmızı Terror və ya Mircəfər Bağırov”, “Ovsunçu”, “Ömür və Tale” (5 hissə), “Salur Qazanın evinin talandığı boy”, “Təsadüfi görüş”, “Üçüncü zəng”, “Ümid”, “Vahimə” filmlərində müxtəlif obrazlarda rolları canlandırıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm