“Hoqqa” filmi Almaniyada təqdim olundu - FOTOLAR
Bizi izləyin

Magazin1

“Hoqqa” filmi Almaniyada təqdim olundu - FOTOLAR

“Hoqqa” filminin Moskvadan sonra Berlin ve Nurnberq şəhərlərində qala gecəsi keçirilib.

Publika.az xəbər verir ki, gecədə Almaniyada yaşayan azərbaycanlı və türk ziyalıları, həmçinin iş adamları iştirak edib. Filmə baxışdan sonra yaradıcı heyətlə: filmin baş rol ifaçısı Dilarə Əliyeva, aktyor Vüsal Murtuzəliyev, ssenarist və baş pradüser Fariz Əliyev, layihə rəhbəri Oqtay Əliyevlə tamaşaçıların görüşü keçirilib. Film tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

D.Əliyevanın sözlərinə görə, may ayının 24-dən etibarən Almaniyada azərbaycanlıların və türklərin yaşadığı kompakt bölgədə film nümayiş olunmağa başlayıb.

Almaniyada “Hoqqa” filminin nümayişinin təşkilatçısı Avropa və Asiya üzrə film dağıtım şirkətinin rəhbəri (AFMEDIA ) Əli Fidan bəydir.

Almaniyada fəaliyyet göstərən Alman və Azərbaycan ziyalılar birliyinin rəhbəri Naibə Şirinova Berlində " Azərbaycan evi" ndə də “Hoqqa” filminin yaradıcı heyəti ilə görüş keçirilib. "Azərbaycan evi" nin direktoru Tofiq Qarayev də bu görüşə texniki dəstək göstərib.

Növbəti ayda İsveçin Stokholm şəhərində “Hoqqa” filminin nümayişi gözlənilir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm