Azərbaycanlı məşhurlara "Most Fashionable Awards” mükafatları təqdim olundu - FOTO
Bizi izləyin

Magazin1

Azərbaycanlı məşhurlara "Most Fashionable Awards” mükafatları təqdim olundu - FOTO

Dünən Bakıda "Most Fashionable Awards Azerbaijan 2017” beynəlxalq mükafatlandırılma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, “World Beauty Congress” tərəfindən “JW Marriott Absheron Baku” hotelində keçrilən gecədə Faiq Ağayev, Nigar Camal, Eldar Qasımov, Nura Suri kimi estradamızın məşhur ulduzları qonaq olub. Beynəlxalq layihədə müğənnilərlə yanaşı aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, modelyer-dizaynerler, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları da iştirak edib.

Müğənni Faiq Ağayev, Nura Suri, aktrisa Natavan Əfəndiyeva bu il göstərdikləri fəaliyyətlərinə və ötənilki uğurlu çıxışlara görə mükafat və sertifikatlarla təltif olunub.

Qeyd edək ki, dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən, "Dünya Gözəllik Konqresi"nin layihəsi olan "Most Fashionable Awards" mükafatlandırma mərasimi keçən ildən bəri paytaxtımızda da keçirilir.

Aytən,

Fotolar: Nurlan Gülmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm