Mərhum müğənninin məşhur qızı: “Bu ad dağ kimi sənətimin arxasında dayanıb” - FOTO
Bizi izləyin

Magazin1

Mərhum müğənninin məşhur qızı: “Bu ad dağ kimi sənətimin arxasında dayanıb” - FOTO

Müğənni Aytac Vidadiqızı yeni fotosessiya etdirib. 

Bir neçə ay əvvəl ana olan müğənni Aytac Vidadiqızı yeni fotosessiya etdirib.

Publika.az az-a açıqlama verən Aytac Vidadiqızı yeni təqdim etdiyi fotosessiyanın bir müddət əvvəl işıq üzü görən “Qədrimi bil” mahnısının davamı olduğunu açıqlayıb:

“Sevinirəm ki, “Qədrimi bil” mahnım marağa səbəb oldu. Yeni bəstəm bir neçə həftə əvvəl təqdim olunsa da, artıq müsbət rəylər alıram. Sənətçi üçün bundan gözəl nə ola bilər?! Elə bu fotosessiyamı da məhz “Qədrimi bil” mahnım üçün etdim. Sizə bir sirr açım. Əlsində, “Qədrimi bil” bir layihədir. Hazırda adıçəkilən mahnıma ekran həyatı verməyi də düşünürəm. Bu işlərin davamı da olacaq. Yaxın zamanda eyniadlı albomum işıq üzü görəcək. Bununla da “Qədrimi bil” layihəsi yekunlaşacaq. Amma bilmək olmaz, bəlkə də, yekun konsertlə oldu”.

Öz ünvanına yersiz tənqidlər eşidən Aytac Vidadiqızı bəzilərinə ismarış yollamağı da unutmayıb:

“Çoxları məni tənbəl adlandırır. Mənim üçün önəmli olan mahnının keyfiyyətidir. Nə gəldi oxumaq mənlik deyil. Mən Vidadi Bərdəlinin qızıyam. Musiqi mənim qanımda axır. Mən keyfiyyətsiz və ya nə gəldi oxuya bilmərəm. Mən tez-tez görünməsəm də, bəziləri kimi tamaşaçının gözünü mazol etməsəm də, görünəndə səviyyəli və keyfiyyətli musiqi ilə, iş ilə ortaya çıxıram. Efirdən düşməyən müğənnilər qorxaq müğənnilərdir. Onlar unudulmaqdan qorxur. Mənim isə bu qorxum yoxdur. Mənim adımın üstündə atamın adı möhürdür. Bu ad dağ kimi mənim sənətimin arxasında dayanıb. Mən istəsəm də unudula bilmərəm”.

Qeyd edək ki, müğənni körpəsinə daha çox vaxt ayırdığı, həmçinin ailə qurduqdan sonra həyat yoldaşı ilə İstanbulda yaşadığı üçün sənətinə bir müddət fasilə vermişdi. Hazırda ömür-gün yoldaşı ilə Bakıya qayıdan ifaçı yeni mahnılar üzərində çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm