Leyla Əliyevanın sözlərinə yazılan mahnıya klip çəkildi - VİDEO
Bizi izləyin

Magazin1

Leyla Əliyevanın sözlərinə yazılan mahnıya klip çəkildi - VİDEO

“Heydər Əliyev Fondunun vitse-prezidenti, ictimai fəaliyyəti, istedadı və gözəl əməlləri ilə hər kəsin könlünü fəth edən, əzizimiz Leyla xanımın poeziyasındakı zənginlik və sadə dil məni hər zaman heyran edib. Və günlərin birində bir şeirdən ilhamlanıb "Не бойся" adlı mahnını yazdım. Şeirdə yalnızlıq hissi ilə yaşayan insanlara, yəni bizlərə gözəl və lazımı mesaj var - qorxma, hər bir halda və hər anında yaradan səninlədir”.

Publika.az xəbər verir ki, bu sözləri yeni klipini izləyicilərin ixtiyarına verən Əməkdar artist Tünzalə Ağayeva deyib. Müğənni yeni mahnısının onun yaradıcılığında xüsusi yer tutduğunu qeyd edib və musiqinin həyatındakı rolu haqqında danışıb: “Ümumiyyətlə, mənə görə musiqi dinləyicini depressiyaya, neqativə aparmalı deyil, əksinə ruhunu qidanlandırmalıdır, güc verməlidir və bu baxımdan da mahnının həm sözlərini, həm musiqisini tamaşaçım üçün faydalı hesab edirəm.

Klip çəkilişini istedadlı klipmeyker və fotoqraf Fərhad Əli öz üzərinə götürdü. Çəkilişlər əsasən Quba və Xınalıqda baş tutub. Klipin qəhrəmanları həmin gözəl regionların yerli sakinləridir. Mahnının və klipin ərsəyə gəlməsində böyük komanda çalışıb. Əməyi keçən hər kəsə dərin təşəkkürlərimi bildirirəm”.

Klipdə müğənninin obrazları üzərində sənətşünaslıq üzrə fəlsəfə doktoru və məşhur modelyer Gülnarə Xəlilova çalışıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm