Aşıq Ədalətin bu görüntüləri İLK DƏFƏ ÜZƏ ÇIXDI - Heç yerdə görmədiyiniz VİDEO
Bizi izləyin

Magazin1

Aşıq Ədalətin bu görüntüləri İLK DƏFƏ ÜZƏ ÇIXDI - Heç yerdə görmədiyiniz VİDEO

Əməkdar İncəsənət Xadimi Aşıq Ədalətin heç yerdə yayımlanmayan videosu üzə çıxıb.

Publika.az xəbər verir ki, video saz ustadının dostları ilə birlikdə bir məclisdə deyib-gülərkən çəkilib. Uzun illər əvvəl çəkilən videonun sonunda Aşıq Ədalətin onu tərəfləyən dostu ilə etdiyi zarafat xüsusilə diqqət çəkib.

Xatırladaq ki, 80 yaşlı sənətkarın səhhətində problemləri var. O, Publika.az-a verdiyi açıqlamda boğazında ağrıları olduğunu və danışmaqda çətinlik çəkdiyini etiraf etmişdi: "Həkimlər əməliyyat olunacağımı demişdi. Azərbaycanın ən yaxşı həkimlərinin qəbulunda olmuşam. Ürəyimdə problem var, yaşım çoxdu, zəifləmişəm deyə, burada əməliyyatı heç kim üzərinə götürmədi. Türkiyəyə yenidən yoxlanmaq üçün gedəcəm. Bu gün gedəcəyim dəqiq deyil. Amma yaxın günlərdə mütləq getməliyəm. Türkiyədə yoxlanışdan keçəndən sonra əməliyyatın lazım olub-olmadığı dəqiqləşəcək. Hələ heç nə bilmirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm