Aparıcı Turanla bağlı həyat yoldaşı elə SÖZLƏR YAZDI Kİ... - FOTO
Bizi izləyin

Magazin1

Aparıcı Turanla bağlı həyat yoldaşı elə SÖZLƏR YAZDI Kİ... - FOTO

Atv kanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri, aparıcı Turan İbrahimovun dünən doğum günü olub.

Publika.az xəbər verir ki, məşhur aparıcını stilist və rəssam həyat yoldaşı Nərmin İbrahimov sosial şəbəkədə təbrik edib. N.İbrahimov aparıcı ilə ailə qurduğu üçün özünü çox xoşbəxt qadın hesab etdiyini ifadə edib:

“Bu gün mənim sevdiyim insanın doğum günüdür. Mən çox xoşbəxt qadın və anayam ki, sənin kimi gözəl ürəyə malik olan həyat yoldaşım var. Səni bu dünyaya gətirən Şəkər ananın əllərindən öpürəm. Çox sağ olsun, belə gözəl oğul üçün! Turan, çox yaşa! Allah sənə uzun ömür və can sağlığı versin və səni bizə çox görməsin. Səni sevirik!"

Aparıcının xanımı ailə şəkillərini sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, cütlüyün Ömər adında bir oğlu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm