Magazin1
Azərbaycanlı məşhurun qızının səhhəti ağırlaşdı - FOTO
Müğənni Ayan Babakişiyevanın qızı Selananın qolu sınıb.
Publika.az xəbər verir ki, bu barədə müğənni özü instaqramda məlumat verib. Ayan qızı Selananın onu çox qorxutduğunu, hazırda isə səhhətinin yaxşı olduğunu qeyd edib:
“Dünən gecə Selena bizi o qədər qorxutdu ki, hələ də şokdayıq. Bəziləri dəyir ki, göz-nəfis yoxdur. Vallah var. Bir şəkil paylaşan kimi kirli qəlbli insanlar o dəqiqə içlərinin pisliklərini şərhlərə tökürlər. Dünən anladım ki, övlad sahibi olmaq, ana olmaq heç asan iş deyil. Allah bütün balaları qorusun. Tanrı heç kəsi əzizləri və sevdikləri ilə sınağa çəkməsin. Amin!”
Daha sonra isə indi bizneslə məşğul olan ifaçı həyatındakı çətinliklərdən danışıb:
“Çoxları “Hardandı sizdə bu qədər imkan?” sualını verir. Ay kinli insanlar, mənim İstanbula köçməkdə təbii ki, bir məqsədim vardı. Öz şəxsi biznesim və işim olsun. Bura müğənniliyin heç bir dəxli yoxdur. Qardaşımla şirkətimizi qurub-yaradana qədər nə əziyyət çəkmişik, bunu heç kəs nə bildi, nə də ki gördü. Hər işin cəfası varsa, Allah da bir gün səfasını nəsib edər. İndi öz həyatı puç olanlar olanlar mənə “Səndə hardandı bu qədər imkan?” yazmasın”.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye