Emin Ağalarov AİLƏ SİRLƏRİNİ AÇDI: “Onu qucaqlamaq, öpmək istəyirəm” - FOTO
Bizi izləyin

Magazin1

Emin Ağalarov AİLƏ SİRLƏRİNİ AÇDI: “Onu qucaqlamaq, öpmək istəyirəm” - FOTO

Məşhur iş adamı, bəstəkar və müğənni Emin Ağalarov 27 və 31 iyun tarixlərində Bakıda keçirləcək “Jara” festivalı ərəfəsində “7 days” jurnalına müsahibə verib.

Publika.az xəbər verir ki, məşhur müsahibəsində qızı Əminə haqqında danışıb. O bildirib ki, qız atası olmaq tamam fərqli duyğudur.

- Bir müsahibənizdə demişdiniz ki, qadın məhəbbəti sizi ruhlandırır və qoruyur. Bu sevgini siz ananızdan və bacınızdan alırsınız?

- İndi Əminə də var. Bu sevgi getdikcə daha da böyüyür. Onunla hər şey başqa cür oldu. Əminəni həmişə qucaqlamaq və öpmək istəyirəm. Ondan "qopmaq" mümkün deyil. Bu zaman oğlanlarım mənə tərs-tərs baxırlar ki: “Bəs biz?”

- Əminə sizin üçün nə ifadə edir?

- Qızımdır. O, mənim doğma oğullarımla birlikdə böyüyür. Oğlanlarımın yanına gələndə biz hamımız birlikdə vaxt keçiririk. Əminə deyir: "Bax, atam bunu gətirdi, onu gətirdi". Ümumiyyətlə, ilk dəfə oğullarım məni Əminənin atası adlandırıb. Onda Əminə danışmağı bacarmırdı. Evə gələndə Əli ilə Mikayıl əlimdən tutub məni Əminənin otağına apardı: "Ata, gedək, biz sənə Əminəni göstərəcəyik". Biz otağa girəndə əkizlər məni onunla "Əminə, bu, sənin atandır", - deyə tanış etdilər. İndi isə o, məni “Ata” deyə çağırır. Bu, məndə təsirli və çox səmimi hisslər oyadır. Hiss edirəm ki, kişi üçün qız atası olmaq xoşbəxtlikdir! İki ildir onunla danışıram, görüşürəm. O, çox böyüyüb.

- Deyirlər ki, övladlığa götürülmüş uşaqlar zamanla ona baxan valideynlərinə oxşayır.

- Elədir ki, var. Məsələn, Əminə anası Leylanı xatırladır. Ona diqqət, qayğı göstərmək vacibdir. Qız çox tələbkardır. Balaca uşaqlar özü haqqında üçüncü şəxs kimi danışır: "Əminə istəmir, Əminə özü edəcək" və s. Zahirən isə o, öz böyük qardaşlarına daha çox oxşayır. Xüsusən də, Əlişkaya. Düzdür, onunla əsasən Mika dostluq edir. O, əsl böyük qardaşıdır: diqqətli, həyəcanlı və məsuliyyətli. Mika həmişə Əminənin nə ilə məşğul olduğunu, nəyi və niyə etdiyini yoxlayır. Qardaşların hər ikisi Əminəni çox sevir və himayə edirlər. Biz uşaqlarla gəzməyə gedəndə birdən mənə kimsə zəng vurur və mən ayrılmalı oluram, onda oğlanlardan biri əlindən tutub ona mütləq nəzarət edir. Bu, onlarda qeyri-iradi olaraq alınır, heç kim onlara bunu öyrətməyib.

- Uşaqlar artıq mübahisə etmir? Bir dəfə Əminənin əkizlərin oyuncaqalrını sındırırdığını, onların da bundan hirsləndiyini demişdiniz.

- Hə, Əminə artıq başa düşdü ki, bu, oğlan uşaqlarının xoşuna gəlmir.

- İndi onlar birlikdə konstruktorlardan qəsrlər tikirlər?

- Əli və Mikayıl böyüyüb, bu oyuna həvəsləri soyuyub. Amma onların Bakıdakı evində vaxtilə tikdikləri qəsrlər, böyük qalalar indiyədək durur.

- Siz Əminənin tələbkar olduğunu dediniz. Bu, özünü nədə göstərir?

- Biz bu yaxınlarda şəhərə getdik. Oğlanlar mənimlə maşında getdi, bir qədər sonra isə dayəylə Əminə də bizə qoşuldu. Qayıtmaq vaxtı çatanda mən maşına yaxınlaşdım, oğlanlar arxada oturdular. Və burada Əminə qətiyyətlə bildirdi ki, o da mənimlə getmək istəyir. Mən onu arxada oturtdum, oğlanlar isə onlardan kimin qabaqda oturması üstündə uzun müddət mübahisə etdi. Beləcə hamımız musiqini qoşub birlikdə yola düşdük. Əla gün idi!

- Uşaqların bəxti gətirib: tezliklə Bakıda "Jara" iyulun 27-dən 31-dək keçiriləcək möhtəşəm festivalda Filipp Kirkorov və digər ulduzları öz gözlərilə görəcəklər.

- Hər üçü xüsusilə Filipp Kirkorov və Sergey Lazerevlə görüşü səbirsizliklə gözləyir. Ötən il bu festivala hazırlıq zamanı uşaqlar mənimlə idi, onlar günlərlə yanımdan ayrılmaq bilmirdilər. Səhnədə oxuyanda isə kulis arxasında gözləyirdilər. Bu il də istisna olmayacaq. Biz Bakıda Xəzər dənizinin sahilində mənim böyük evimdə yaşayırıq. Birlikdə çimərliyə gedirik, gəzirik. Uşaqlarla dənizdə əylənmək mənim xoşuma gəlir. Birbaşa suya doğru qaçıram, amma son anda qayıdıram. Bu onlarda adrenalin doğurur. Mən uşaqlarla birlikdə xoşbəxt oluram. Bu zaman işlə məşğul olmamaq, telefonu söndürmək, dincəlmək və sadəcə həyatdan zövq almaq istəyirəm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm