Nura Suri çimərlikdə incə belini nümayiş etdirdi – FOTO
Bizi izləyin

Magazin1

Nura Suri çimərlikdə incə belini nümayiş etdirdi – FOTO

3 oğlu ilə birlikdə Bodrumda dincələn müğənni Nura Suri çimərlik stillərini sosial şəbəkədə paylaşıb.

Publika.az xəbər verir ki, tətil üçün müxtəlif bikinilər, kaftan, kimono, kombinezon-şort seçən ifaçı ideal bədən quruluşu ilə diqqət çəkib. Müğənninin incə belindən və əzələli qarnından bəlli olub ki, o, çimərlik mövsümünə ciddi hazırlaşıb.

Dəblə ayaqlaşan müğənninin seçdiyi kimono pareonun ən yaxşı alternatividir. Onların çimərlik geyimləri ilə vəhdəti çox gözəl görünür, xüsusilə güllü versiyaları qaralmış dərini əla vurğulayır. Sabo ilə həsir şlyapa isə obrazın tamamlayacısı olub.

Belə bir kimononu həm hündürbel bikini, həm də qısa şortlarla uzlaşdırmaq olar.

Söhbət çimərlik istirahətindən gedirsə, indi çox aktual olan qısa kaftanlar haqqında unutmaq olmaz. Trendləri yaxından izləyən məşhurun çimərlik üçün digər seçimi elə kaftan olub. Bəs niyə kaftanlar pareodan yaxşıdır? Birincisi, kaftanlar rahat hərəkətə etməyə imkan verir, ikincisi onu pareo kimi bədəninizə bağlamağa əlavə vaxt sərf etməyəcəksiniz.

Müğənninin seçimlərinə kombinezon-şort da daxildir. Və buradan belə nəticə çıxartmaq olar ki, qarderobun istənilən yüngül yay paltarları pareoların alternativi ola bilər. Əsas şərt onların təbii, nazik və hava buraxan materiallardan olmasıdır. Kəsim isə maksimum sərbəst olmalıdır.

Bodrum çimərliklərində dincələn ifaçı çox gözəl bilir ki, pareolar heç vaxt yay sarafanlarını əvəz edə bilməz. Amma uzunluğundan asılı olmayaraq, istənilən sarafanlar pareonun əlverişli alternatividir. Elə buna görə də, o, tətil qarderobuna bəyaz rəngli nazik sarafan da əlavə edib. Belə yay sarafanlarında nəinki sahildə, həm də çimərliyin restoran və barına rahatlıqla getmək olar.

Çimərliyin mütləq atributlarından biri də eynəklər və saç aksessuarlarıdır. Nura Suri obrazlarını bu detallar sayəsində çox gözəl vurğulayıb. Onun seçdiyi saç aksessuarları çimərlik geyimlərini daha da zənginləşdirib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm