31 yaşlı Sevda Yahyayeva 47 yaşlı Ceylonun klipini OĞURLADI - VİDEO
Bizi izləyin

Magazin1

31 yaşlı Sevda Yahyayeva 47 yaşlı Ceylonun klipini OĞURLADI - VİDEO

Azərbaycanlı müğənni Sevda Yahyayeva 47 yaşlı dünya ulduzu Cennifer Lopesin klipinin eynisini çəkdirib.

Publika.az xəbər verir ki, azərbaycanlı sənətçi yeni layihə üzərində çalışdığını bildirib. S.Yahyayeva sosial şəbəkədə izləyicilərinə yeni layihəsinin kadrarxası görüntülərini təqdim edib. Məlum olub ki, o, layihəsi üçün Cennifer Lopesin ispan dilində oxuduğu “Ni T Ni Yo” klipindəki obrazların oxşarını tikdirib. Layihədə sənətçinin imici üzərində top-stilist Anar Ağakişiyev çalışıb.

Xatırladaq ki, Cenniferin klipində süjetə əsasən klipin qəhrəmanı bir fotoqrafla tanış olur: Qəhrəmanlar silsiləli fotosessiyadan sonra gözlənilmədən başa düşürlər ki, bir-birinə vurulub. Video parlaq və ehtiraslı alınıb: Çarxda ulduz keçən həftə konsertində geyindiyi dərin yarıqlı qara libası və tropik bitkilərin fonunda çılpaq pozalar verib.

Sevda Yahyavevanın Cennifer qədər cəsarətli olub-olmayacağını isə klip hazır olduqdan sonra öyrənmək mümkün olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm