Ruhi Əliyeva həyatı haqqında GİZLİ FAKTLARI AÇIQLADI - Əkizləri ilə YENİ FOTO
Bizi izləyin

Magazin1

Ruhi Əliyeva həyatı haqqında GİZLİ FAKTLARI AÇIQLADI - Əkizləri ilə YENİ FOTO

Müğənnilik karyerasına son qoyduqdan sonra Azərbaycanda iş qadını kimi tanınmağa başlayan Ruhi Əliyeva sosial şəbəkədə şəxsi həyatı haqqında maraqlı faktları etiraf edib.

Publika.az xəbər verir ki, ilk dəfə əkiz oğlanları ilə şəklini paylaşan R.Əliyeva ana olana qədər xoşbəxtliyinin bütöv olmadığını bildirib:

“Təbii ki sevib-sevilirdim. Dəyərli insandan özü boyda dəyər alırdım, o öz yerində. Amma bir qadın olaraq məndə tamamlanmayan bir hiss var idi - analıq hissi. Məhz ana olandan sonra dünyanın ən xoşbəxt qadını oldum! Uşaqlarımı çox çətinliklərlə dünyaya gətirdim. Hər ağrı-acıya baxmayaq yaşadığım hiss o qədər güclü idi ki, mənə heç bir qüvvə qalib gələ bilməzdi. Övladlarım həyatımı tamamilə dəyişdi. Hər gün bir başqa Ruhi olduğumu anladım. Daha həssas, daha kövrək oldum, bəlkə də... Onlar mənim duyğularımı gözəlləşdirdi, hislərimi daha da saf etdi. Mən təsəvvür belə etmirmişəm ana övladına bu cür yanaşa bilərmiş. İçimdə izaholunmaz, möhtəşəm bir duyğu var. Bütün ana olmayan qadınlara yaşadığım bu müdhiş hisləri arzu edirəm. Ana olmadan bunları dadmaq mümkünsüzdür. Bu gün ona görə xoşbəxtəm ki, Məhəmməd və Həsənin anasıyam. Şükür edirəm ki, bu gün sağlam, savadlı, yaşından asılı olmayaraq böyük dərrakəli iki oğul anasıyam. Allahımdan çox razıyam. Mənə hər şeyi gec nəsib etsə də, təmməli, möhkəm verir! Rəbbim sevimli bəndələrini sınağa çəkir, deyirlər. Mən də Allahın sevimli bəndəsiyəm, bəlkə də... Çünki hər şeyi əziyyətlə əldə etmişəm. Bu gün övladlarımın doğum günüdür. Həyatdakı bütün arzularım onlarla bağlıdır. Sağlam, savadlı şəxsiyyət olmalarını gözləyirəm. Valideynlərinə, vətəninə, millətinə layiqli övlad olacaqlarına ümidim böyükdür! İnşallah Məhəmməd və Həsən insansevər, vətənpərvər olarlar! Onların yüksək təhsilə sahiblənməsi üçün əlimdən gələni edirəm. İnşallah, daima başımızı uca edərlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm