Yetim Eyvazın oğlu: "Atam anama zülm verib, başqasını saxlayıb" - FOTOLAR
Bizi izləyin

Magazin1

Yetim Eyvazın oğlu: "Atam anama zülm verib, başqasını saxlayıb" - FOTOLAR

Bir neçə gün öncə vəfat edən məşhur şair Yetim Eyvazın oğlu haqqında sosial şəbəkələrdə məlumatlar yayımlanır. İddialara görə, məşhur şairin oğlu cinsi azlığın nümayəndəsidir və buna görə də şair ondan imtina edib.

Publika.az xəbər verir ki, iddialarla bağlı azxeber.com-a danışan mərhum şairin oğlu Aqşin Qurbanov atası ilə aralarında olan münasibətdən danışıb.

- Atanızla münasibətiniz necə idi?

- Mənim atamla münasibətim yaxşı idi. O, bizi 1996- ci ildən bəri atıb gedib. Nə bizə baxıb, nə də pul verib. Deyilənlərin hamısı yalandır. Ancaq atamla düşmən deyildim.

- Bunun səbəbi nə idi?

- Bilmirəm, anamla ayrılandan sonra bizi də atıb getdi.

- Sizdən sonra atan ailə qurub?

- Yox evlənməyib, amma saxladığı var idi. Onunla birlikdə yaşayırdı.

- Bəs anan necə, atanla yolların ayırdıqdan sonra evlənib?

- Yox o da evlənməyib. Anam zəhmətkeş qadın olub. Çörək satıb bizi saxlayıb. Bacılarımı da anam gəlin köçürüb.

- Atanın yas mərasimində bəzi məmurların iştirak etdiyi deyilir. Kimlər iştirak edib?

- Bilmirəm.

- Bəs sən niyə iştirak etmədin?

- Açığın deyim, mənim panik atak xəstəliyim var. Bilənlər bilir, bilməyənlər də bilsin. Vallah yola çıxa bilmirəm. 2015-ci ildən bəri Sumqayıtın "Nasos" qəsəbəsindəki evimizə gedə bilmirəm. O səbəbdən yas mərasiminə qatıla bilmədim.

- Hazırda nə işlə məşğul olursunuz?

- Müğənni kimi fəaliyyət göstərirəm. Anama və 38 yaşlı ürək xəstəsi olan qardaşıma baxıram.

- Ananız yas mərasiminə qatıldı?

- Xeyr, anam da qatılmadı. Atamın anama yaşatdıqları zülmlərə baxmayaraq, həmin gün pis olmuşdu. Ölümünü eşidəndə ona halallıq verdi. Bir daha deyirəm ki, atam anama zülm yaşadıb, onu atıb, gedib başqasını saxlayıb.

- Zülm deyəndə də nəyi nəzərdə tutursunuz?

- Bilirsiz, atam çox içən idi. Çox adama da borcu var idi. Həmişə içib evə baxmayıb. Qardaşım da, mən də döyüş bölgəsində xidmət etmişik. O zaman da atam yanımıza gəlməyib heç.

- Çox içirdi?

- Doğrudur. Onun evini elə içki yıxdı. Arağı su əvəzinə içərdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm