Magazin1
“Təkcə qızlarla? Bəlkə, ...” – Emin Ağalarov sevgi münasibətindən danışdı - - VİDEO
Tanınmış biznesmen və müğənni Emin Ağalarov "Alen, blin!" verilişinə qonaq olub.
Publika.az xəbər verir ki, müğənni proqramda şəxsi həyatı ilə bağlı bəzi məqamları etiraf edib.
Aparıcı Alenanın suallarını cavablandıran ifaçı Amerikada təhsil aldığı zamanlar ofisiant işlədiyini bildirib:
"Amerikada olduğum zaman ailəmin göndərdiyi pulu xərcləmişdim. İkinci dəfə onlardan pul istəməyə utandım. Ona görə kafelərin birində ofisiant köməkçisi kimi işə başladım. Daha sonra ofisiant oldum. Bundan əlavə, ayaqqabı da satmışam. O zamanlar çox gənc idim. Mən sadəcə nəyisə təkbaşına edə biləcəyimi dadmaq istədim".
Müğənni rusiyalı ulduzların "Jara" festivalına pulsuz
gəldiklərini açıqlayıb:
"Onların bütün kollektivləri pulsuz gəlir. Bu ya dostluqdan, ya
efirdə görünməkdən, ya da birinci kanalda çıxış etməkdən ötrü
edilir. Ya da bizim "barter" işimiz var".
İfaçı festival zamanı qonaqlar üçün 300-ə qədər qoyun kəsildiyini bildirib: "Ötən il yüz qoyun kəsildi. Bu il isə bu say 300-ü keçdi".
E.Ağalarov bir konsert üçün aldığı qonorarı da açıqlayıb. O, hər konsertdən 1 milyon Rusiya rublu (28 400 AZN) qonorar aldığını bildirib.
Şəxsi həyatından danışan sənətçi sevgilisi Alena Qavrilova ilə hələlik evlilik düşünmədiklərini deyib:
"Hələ gəncəm. Düşünürəm bu haqda danışmaq çox tezdir. Gələcək üçün başqa planlarım var".
Şou-biznesdən heç kimlə sevgili olmadığını deyən Emin yayılan şayiələrin həqiqəti əks etdirmədiyini bildirib:
"Təkcə qızlarla? Bəlkə, başqa sözlər də eşitmisiniz? Heç kimlə münasibətim olmayıb. Əsil alicənab insanlar keçmişi və münasibətləri barədə danışmaz".
Pərviz Hüseyn
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO