“Gedirəm, üzümdə həsrət naxışı…” – İlhamə Quliyevanın doğum günüdür
Bizi izləyin

Magazin1

“Gedirəm, üzümdə həsrət naxışı…” – İlhamə Quliyevanın doğum günüdür

Bu gün mərhum xalq artisti İlhamə Quliyevanın doğum günüdür.

Publika.az
xəbər verir ki, müğənni 1943-cü ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

Müğənni Tükəzban İsmayılovanın qızıdır. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir.

1998-ci ildə mərhum prezidentimiz Heydər Əliyev İlhamə Quliyevaya xalq artisti adını verib. Müğənni həm də Dağıstanın (2008-ci ildə) xalq artisti olub.

O, Azərbaycanın “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib. Müğənninin “Kaman”, “Gedirəm”, “Unut məni”, “Qaragilə”, “Neylərsən mənə” və başqa Azərbaycan Estrada tarixində iz qoymuş mahnıları var.

Qeyd edək ki, İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib.


Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm