Pərvin Abıyeva onu pozğun adlandıran xanımlara səsləndi: “Ərinizi əlinizdən almışam?”
Bizi izləyin

Magazin1

Pərvin Abıyeva onu pozğun adlandıran xanımlara səsləndi: “Ərinizi əlinizdən almışam?”

“Pərvin belə dedi, Pərvin filan şey geyindi. Məndən yazmayın, danışmayın daha. Neçə aylardır ki, müsahibələrdən imtina edirəm. Amma mənimlə bağlı çıxan xəbərlərdə camaat “Bunu görməkdən bezdik” yazırlar. Vallah insanları qınamıram, haqqımda yazılanlardan mən özüm də bezirəm. Artıq uzaq olmaq istəyirəm. İnsanlara mənim nə yeyib içdiyim, nə geyindiyim, hara getdiyim maraqlı deyil”.

Publika.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə bildirib. O, instaqramda paylaşdığı şəkillərin altına onun ünvanına təhqiramiz ifadələr işlədən xanımlara da fikir bildirib:

“Bir də rəylərə açıq-aşkar söyüş söyən xanımlara sözüm var. Ayıbdır vallah, mənə “pozğun, tərbiyəsiz, əxlaqsız" deyirsiniz. Mən hələ sizin yazdıqlarınızın mədəni formasını yazıram. Amma mən sizin söydüyünüz söyüşləri normal həyatımda istifadə etmirəm. İndi əxlaqsız mənəm, siz də tərbiyəli, ailəli, uşaqlı, “ev tərbiyəsi görmüş insanlar”? Özünüzə hörmət edin, ayıbdır. Heç birinizin əlindən nə ərinizi, nə çörəyinizi almışam, nə də ki, sizə pisliyim dəyib. Sosial şəbəkə istifadəçilərinə sözüm odur ki, özünüzü, emosiyalarınızı idarə etməyi öyrənin. Məni bəyənməsəniz də, ən azından azərbaycanlı xanımsınız, danışığınıza fikir verin. Mən də söyüş söyə bilirəm. Gəlin, qarşılıqlı bir-birimizi söyək? Və sonra? Bundan nə çıxacaq? Nə əldə edəcəyik? Bu yazdıqlarımı bir düşünün. Bəyənməyənlər də səhifəmə girib məni izləməsin, baxmasın!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm