Bayram Kürdəxanılını maşınla vuran şəxs Ağamirzənin qohumudur - FOTO
Bizi izləyin

Magazin1

Bayram Kürdəxanılını maşınla vuran şəxs Ağamirzənin qohumudur - FOTO

Bayram Kürdəxanılını maşınla vuran şəxs Ağamirzə Məmmədovun qohumu olub.

Publika.az xəbər verir ki, bu barədə Ağamirzə Məmmədov mərhumun yasında məlumat verib. O, bildirib ki, qəzanı törədən Ramin Fərhadov onun qardaşının qaynının qohumudur.

“Bayram tamam başqa insan idi. Onu uşaqdan böyüyə hər kəs çox sevirdi. Xəbər yayılandan telefonuma hətta Rusiyadan dayanmadan zənglər gəlir. Heç kim inanmaq istəmir. Allah rəhmət etsin. O, çox yaxşı insan idi”.

Meyxanaçı xəbəri eşidən kimi dərhal xəstəxanaya getdiyini deyib:

“Getdim çox pis oldum. Reanimasiyada idi və vəziyyəti çox ağır idi. Həkimlər xilas edə bilmədi. Nə danışa, nə də görə bilridi”.

Qeyd edək ki, meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Ramin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, "10 PS 782" dövlət seriya nişanlı avromobil onu vurub. Ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan meyxanaçını sürücü 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Pərviz Hüseyn, Aytən

Fotolar: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm