Murad Əzimzadə: “Pislik etməkdən çəkinməyəcəm”
Bizi izləyin

Magazin1

Murad Əzimzadə: “Pislik etməkdən çəkinməyəcəm”

Tanınmış teleaparıcı Murad Əzimzadə fərqli bir layihə ilə tamaşaçılarının qarşısına çıxmağa hazırlaşır.

Publika.az-a açıqlama verən aparıcı bundan sonra ATV-də yayımlanan “Ögey ana” adlı serialda rol alacağını bildirib:

“Serialda adım Samirdir. Mənfi obrazı canlandıracam. Ssenariyə görə, eyni qadını sevən iki nəfərdən biri olacam”. Varlı bir ailənin övladıyam, qadını əldə etmək üçün pislik etməkdən çəkinməyəcəm”.

Qeyd edək ki, sözügedən serialda əməkdar artistlər Kəmalə Müzəffər, İlqar Cahangir və başqaları çəkilib. Ekran işi Şahin Qəhrəmanlının rejissorluğu ilə sentyabr ayının 11-dən etibarən həftəiçi 4 gün 21.15-də ATV-də yayımlanacaq.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm