Azərbaycanlı aktyorun evini yardılar - Gəlinin qızılları, pular, bütün toy bazarlığı oğurlandı
Bizi izləyin

Magazin1

Azərbaycanlı aktyorun evini yardılar - Gəlinin qızılları, pular, bütün toy bazarlığı oğurlandı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovun qardaşının evi qarət olunub.

Publika.az xəbər verir ki, bu barədə aktyor özü məlumat verib. Məşhur bildirib ki, hadisə onlar evdə olmayan zaman baş verib. Aktyor media nümayəndələrinə səslənərək məsələnin ictimailəşdirilməsində ona kömək etməyi xahiş edib:

"Dostlar, bu gün qardaşım oğlunun qız toyu idi. Evə gəlib gördük ki, pəncərəni sındırıb evə giriblər və bütün pulları, qızılları oğurlayıb aparıblar. Ayın 18-də toy üçün bütün aldıqlarımız oğurlanıb. Televiziyalar və saytlar, xahiş edirəm ki, mənə kömək edin, hadisəni işıqlandırın".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm