“Mələyin öpüşü”ndəki ZÖVQSÜZ MƏŞHURLAR - SİYAHI
Bizi izləyin

Magazin1

“Mələyin öpüşü”ndəki ZÖVQSÜZ MƏŞHURLAR - SİYAHI

Dünən gecə Nizami Kino Mərkəzində “Mələyin öpüşü” filminə qatılan xanım məşhurlar sanki geyimləri ilə biri-birinə meydan oxuyub.

Publika.az xəbər verir ki, onlardan kimisi cəsarətli sinə dekoltesi, kimisi isə ayaqqabıları ilə ön plana çıxıb.

Gecədə iştirak edən xanım məşhurları və geyimlərini təqdim edirik:

Aktrisa Pərvin Abıyeva qısa qara donunu qızılı rəngdə mismarları olan stiletto ilə tamamlayıb.

Əməkdar artist Lalə Məmmədova rahat paltara üstünlük versə də, xaki rəngli və narıncı cibləri olan bu geyim ona yaraşmayıb.

Aktrisa Zarina Qurbanova dəbli geyimi ilə gecəyə qatılanlardan olub. Son ayların trendi olan xətli ağ pencəyi qara topik və ayaqqabı ilə kombin edib.

Müğənni Roza Zərgərli bir rəngə üstünlük versə də, qarışıq saçları, qollara tökülən modeldə olan don və altına torşəkilli ayaqqabı ilə zövq oxşamayıb.

Aktrisa Xumar Səlimova qara uzun libasla qarşımıza çıxsa da, büstqalterinin şəffaf ipinin kənara çıxması, estetik baxımdan yaxşı görünməyib.

Əməkdar artist Sevda Ələkbərzadə də qara rəngə üstünlük verənlərdən olub. Qala gecəsində sadə bir donla qarşımıza çıxan ifaçı rahatlığı gözəl görüntüdən üstün tutub. Belə ki, o, boyunu qısa göstərən babet model ayaqqabı geyinib.

Sevinc Əliyeva isə həmkarlarından fərqli olaraq gecəyə firuzəyi rəngdə libasda gəlib. Qara ayaqqabı ilə geyimini tamamlayan aktrisa səhv seçim edərək qızılı aksessuarlardan istifadə edib.

Gecənin ulduzu Oksana Rəsulova ağ libası ilə sanki gəlinlikdəymiş kimi təəssürat yaradıb. Sənətçinin saç və makiyajı da geyiminə uyğun olub.

Müğənni Elnarə Xəlilova bu ilin trendi kamuflyaj koftası, mavi cins şalvarı, qırmızı bel çantası və krem rəngi ayaqqabısı ilə aləmi yenə bir-birinə qatıb.

Aktrisa Münəvvər Əliyeva qara libasa üstünlük versə də, dərin sinə dekoltesi, full makiyaj görüntüsü ilə diqqət çəkməyə çalışıb.

Müğənni Günel Ələkbərova da qara geyinənlər sırasında olub. Qara ayyaqabısı və ayağına bağladığı qızılı ankletlə (ayaq bilərziyi) həmkarlarından seçilib.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm