Həyəcanlı, təlaşlı və öpüşərkən görüntülənən yerli məşhurlar – PAPARASSİ
Bizi izləyin

Magazin1

Həyəcanlı, təlaşlı və öpüşərkən görüntülənən yerli məşhurlar – PAPARASSİ

Axşam düşəndə hər kəs kimi yerli məşhurlar da yorğunluğunu əyləncə məkanlarında, açıq havada gəzməklə çıxarır.

Publika.az bu həftə ərzində müxtəlif məkanlarda görüntülənən və diqqət çəkən məşhurları təqdim edir:

Xalq artisti Firəngiz Mütəllimova və bacısı Nərgiz Mütəllimova fotoqrafımızın obyektivinə tuş gəlib. Xalq artisti Ramiz Novruzu görüb, ona tərəf qucaq açan Firəngiz xanım məşhur “Babam ve oğlum” filmindəki “Açaydım qollarımı, getmə deyəydim” səhnəsini xatırladıb.

Stilist Elnur Həsənov təlaşlı halları, başında kepka və optik eynəyi ilə özünü gizlətməyə çalışıb, amma alındıra bilməyən xəfiyyələri yada salıb.

Nərgiz Mütəllimovanın rejissor Aqil M.Quliyev və Xalq artisti Ramiz Novruzla səmimi halları diqqət çəkib. Öpüşüb-görüşən dostlar xeyli söhbətləşiblər.

"Ağ canavar" ləqəbli azərbaycanlı kikboksçu, 15 qat Azərbaycan çempionu Eduard Məmmədovun həyəcanlı telefon danışığı da fotoqrafımızın obyektivinə yansıyıb.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm