Vüsalənin ata FƏRYADI: “Səni son mənzilə yola sala bilmədim – FOTO
Bizi izləyin

Magazin1

Vüsalənin ata FƏRYADI: “Səni son mənzilə yola sala bilmədim – FOTO

Tanınmış aparıcı Vüsalə Əlizadə atasının qəbrini ziyarət edib.

Publika.az xəbər verir ki, bu barədə sosial media hesabında paylaşım edən aparıcı qəmli status yazaraq, acı çəkdiyini bildirib:

“Səni məndən alan bu tarixi heç sevmirəm, ata! Düz yeddi ildir qoxunu hiss etməyi, zəhmətdən qabar tutan əllərinlə başıma sığal çəkib “mənim güclü, kişi balam” deməyini arzulayıram. Bütün arzularıma əziyyətlə, damla-damla çatmışam, amma bu, mümkünsüzdür bilirəm. Sənin yükünü çiyinlərimə aldım, arzu etdiyin kimi həyat keçirdim. Əminəm ki, ruhun şaddır, gözün arxada qalmayıb. Sinən üstə açan çiçəklər belə hüzurundan xəbər verir, canım atam. Məndən nigaran olduğun təkcə bu idi, artıq altı ildir mən də tək çiçəyimlə gəlirəm hüzuruna, ata! Amma ömür boyu bu acını çəkəcəm. Səni son mənzilə yola sala bilmədim. Bu, ən yaralı yerimdir – canımı yandıran yerim... Kaş ki, ölümsüz olaydın dünya!”

Qeyd edək ki, V.Əlizadənin atası 2010-cu ildə dünyasını dəyişib.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm