• USD 1,7000 0,00% EUR 2,0069 0,00%
    • GBP 2,2966 0,00% RUB 0,0273 0,00%

Fuad Poladovdan xəstəliyi ilə bağlı ÖZƏL AÇIQLAMA: “Danışmağa icazə vermirlər”

  • Magazin1
  • 19 Sentyabr 2017 12:00
  • 902 Baxış
Fuad Poladovdan xəstəliyi ilə bağlı ÖZƏL AÇIQLAMA: “Danışmağa icazə vermirlər”

Azərbaycanın Xalq artisti Fuad Poladov ağciyər xərçəngindən müalicə olunduğunu təsdiq edib.

Publika.az xəbər verir ki, Xalq artisti bizə verdiyi açıqlamada hazırda özünü normal hiss etdiyini bildirib: “Uzun müddətdir ki, Onkologiya Mərkəzində müalicə alıram, həkimlər mənə danışmağa icazə vermir. Müalicənin nəticələrini gözləyirəm”.

Qeyd edək ki, Səhhətində ciddi problemlər olan Fuad Poladov bu səbəbdən Səməd Vurğun adına Rus Dram Teatrında yeni mövsümün açılışında iştirak edə bilməyib. Teatr yeni mövsümü Ejen İoneskonun "Mərasim" pyesi əsasında hazırlanmış tamaşa ilə açıb. Fuad Poladov həmin gün açılışa gəlməli olsa da, həkim icazə verməyib. Xalq artistinin qırtlaq xərçəngindən əziyyət çəkdiyi bildirilir. Fuad Poladov artıq bir müddətdir ki, danışa bilmir.

Fuad Poladov ağır xəstəliyi səbəbilə yanvar ayından səhnəyə çıxmır.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>