• USD 1,7000 0,00% EUR 1,9906 +0,01%
    • GBP 2,2728 +0,01% RUB 0,0276 -0,36%

Elza Seyidcahandan ölən pişiyi barədə ŞOK SÖZLƏR: “Namuslu-qeyrətli idi, nə qədər cütləşdirmək istəsək də...” - FOTO

  • Magazin1
  • 20 Sentyabr 2017 12:19
  • 4 954 Baxış
Elza Seyidcahandan ölən pişiyi barədə ŞOK SÖZLƏR: “Namuslu-qeyrətli idi, nə qədər cütləşdirmək istəsək də...”

Əməkdar artist Elza Seyidcahana itki üz verib.

Publika.az xəbər verir ki, onun pişiyi “Ceyla” ölüb. Saytımıza açıqlama verən müğənni gözyaşlarını saxlaya bilməyib:

“Ceyla 11 ildir bizim evdə idi və çölə çıxmırdı. Ölməyinə bir gün qalmış biz onu çölə çıxardıq. Heyvanları görəndə aqressivləşirdi. Neçə dəfə istəmişdik onu cütləşdirək, ancaq o bizə hücum edirdi. Bir dəfə hoppandı oğlumu və məni dişlədi. Məni dişləyəndən sonra pis oldu və geri çəkildi. Ailəmizdə hər kəs onu sevirdi. Təkcə anam xoşlamırdı ki, o masanın üstünə çıxsın. Ceyla mebelləri korlayırdı, ancaq ona heç nə demirdim. Baxmayaraq ki, qızım da onu çox sevirdi, amma Ceylanı tənbeh edirdi. Ona “olmaz” sözünü heç vaxt deməmişəm. 11 ildir rahat yatmamışam, oturmamışam, yemək yeməmişəm, musiqi bəstələməmişəm, şeir yazmamışam. Mən vərəq götürəndə gəlib vərəqin üstündə otururdu. Pianoda ifa edəndə, pianonun üstündə əyləşib, mənə mane olurdu. Mahnılarıma qulaq asırdı. Bütün mahnılarımı əzbər bilirdi. Yatanda ayağımın altında, qolumun yanında yatırdı. O qədər xatirələri var ki, onu unutmaq olmaz. Qızımın toyunda, heyvanlara aid tədbirlərdə onu həmişə xüsusi geyimlərlə bəzəyirdik”.

Pişiyinin ölümündən ailəsinin çox təsirləndiyini qeyd edən E.Seyidcahan onun ölüm anını belə izah edib: “Qızım onu çöldə ziyarət etməyə gedib. Neçə gündür yemək yemirdi. Heyvanlar xəstəliklərini biləndə yemək yemirlər. Gülşən onu “şpris”lə yedizdirirdi. Görüb ki, Ceyla uzanıb nəvəm Səmərruxun çarpayısının yanında son nəfəsini verir. Dünən axşam oğlum Ələkbər və kürəkənim Elxan gəldi ki, onu aparıb basdıraq. Oğlum gəlib o qədər ağlayıb ki, hələ onu belə görməmişdim.

Bu gün əslində qızım Gülşənin doğum günüdür. İstəmirəm kövrək notlara toxunam. Səmərrux da ilk dəfə anasının doğum gününü qeyd edir.

Dünən bütün toyları ağlaya-ağlaya oxumuşam. Hamı da elə bildi mən qripəm, gözlərimdən su axır. O xəstəliyini mərdi-mərdanə keçirdi. Yemək yemir, su içmirdi. Ovucumun içində su aparıb, burnuna tuturdum, deyirdim “Ceyla, iç” ancaq o reaksiya vermirdi. Bir canlının gözün qarşısında məhv olmasını görmək çox ağırdır. İnsanlar da belədir. Biri-birimizin qədrini bilməliyik. Ən şirin tikəmizi belə paylaşmalıyıq. Ancaq indi biri-birimizi aşağılayıb, ayıblarını üzə çıxarmaqla gündəmə gəlirik. Ağıllı söz danışmırsınızsa, ağzınızı açmayın. Belə şey olmaz. Heyvanda gördüklərimi, insanlarda görə bilmədim. İnsanlarda isə əksinə...”

Ceylanı bir həftə öncə həkimə apardığını deyən əməkdar artist pişiyin 11 ili onlarla keçirməsinə sevindiyini bildirib: “Gülşən deyir ki, onun qabını çölə qoyaq kimsə götürsün. Ceylanın boynunda zınqırovu var idi. Üstünə adımı yazdırmışdım ki, itəndə mənim pişiyim olduğunu bilsinlər. Bir həftə öncə həkimə apardıq. Oğlum zəng edib “Gəlib pişiyə dəyəcəyik. Mənsiz torpağa basdırmayın” deyirdi. O, özü də pişik ilindəndir. Ələkbərin toyunda Ceyla qışqırmağa başlamışdı. Çünki o hiss edirdi ki, oğlum evdən ayrılıb, başqa yerə köçür. Çox hissiyyatlı pişik idi.

Biz istəyirdik öz cinsi olmasa da, başqa pişiklə evlənsin. Mart ayı gələndə sevindik ki, Ceylanın övladı olacaq. Bir neçə ay sonra gördük ki, hamilə deyilmiş. Bir sözlə, çox qeyrətli, namuslu pişik idi. Qonaqları qarşılayırdı, yola salırdı. Onun dahilərlə şəkilləri var idi. Yaxşı insanları tanıyıb, onların qucağında otururdu. Anamdan qorxurdu, o gələndə gizlənirdi. Şükür edirəm ki, o bizim evdə qayğı dolu həyat keçirdi. Yaxşı ki, onun xətrinə dəyməmişəm”.

E.Seyidcahan pişiyinin adıyla bağlı sosial layihələr də edəcəyini qeyd edib: “Gələcəkdə onunla bağlı sosial layihə edəcəm. Bizim heyvansevər müğənnilərimiz var. Çox gözəl xalqımız, bəzi dırnaqarası insanlar tərbiyəmizə, əxlaqımıza uyğun olmayan şeylərlə gündəmdə qalmaq istəyirlər. İnşallah, onlar da zamanla aramızdan ayrılacaqlar. Nümunəvi insanlarımız çoxdur. Yəqin ki, bu normal qarşılanar. Çünki az müddət deyil, 11 ildir. Ceyla tarixdə qaldı, onun nə qədər verilişləri, kadrları var. Bəzi müğənnilər efirə həsrət qalanda, qapımda kanallar dayanırdı ki, gəlmişik Ceylanı çəkək.

Ceyla namaz vaxtı doğulmuşdu. Onun yiyəsi qulağına adını demişdi. Dünənki tarix də “19.09.17” və Ceylanı xəstəxanada 7 nömrəli qutuya qoymuşdular. Yeddi və doqquz mənim sevimli rəqəmimdir. Səmərrux ağlayan kimi, qaçırdı onun yanına ki, uşaq ağlayır.

Qızım uşaq vaxtı pişiyə aid mahnı oxumuşdu. Hiss edirdi ki, ağrıları var, mənim yanıma yaxınlaşmırdı. O, özünü aciz göstərmədi, mərd həyatdan getdi”.

Qeyd edək ki, E.Seyidcahanın pişiyi Ceyla xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Pərviz Hüseyn

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>