Sənətçilər peşəkar idmançılarla özlərini sınadı - FOTO
Bizi izləyin

Magazin1

Sənətçilər peşəkar idmançılarla özlərini sınadı - FOTO

Su İdmanı Sarayında “Ulduzlarla Çimərlik Voleybolu” yarışı keçirilib.

Publika.az xəbər verir ki, layihənin təşkilatçıları Azərbaycan Televiziyası Mədəniyyət kanalı, Azərbaycan Voleybol Federasiyası və Su İdmanı Sarayı olub.

Səhnə ulduzları Zamiq Hüseynov, Fuad Musayev, Xəyyam Mustafazadə, Sərxan Bünyadzadə, Azad Şabanov və Manana Caparidze professional idmançılarla birlikdə çimərlik voleybolunda özlərini sınayıblar. Onlar 2 komandaya bölünərək maraqlı oyun təqdim ediblər. Boz komandada Zamiq Hüseynov, Xəyyam Mustafazadə və idmançılar Vadim Kutukov, Vadim Kempf yer alıb. Digər göy komandada isə Fuad Musayev, Azad Şabanov, Sərxan Bünyadzadə və idman ustası Samir Nəbiyev birləşib. 3 set-dən ibarət olan yarış bozların xeyrinə 2-1 hesabı ilə bitib.

Qeyd edək ki, tədbir konsert proqramı ilə davam edib. Konsertdə Manana, Samirə Allahverdi, Sevda Yahyayeva və gənc ifaçılar çıxış edib.

Layihənin əsas məqsədi yaxın keçmiş 2013-cu ildən Azərbaycanda fəaliyyətə başlayan çimərlik voleybolu idman növünə dəstək olub, dövlətimizin daim diqqətində olan idman və mədəniyyət sahələrini birləşdirmək idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm