Nazilədən “ailədə HEGOMON mənəm” söhbətinə MÜNASİBƏT: “Riyakarlıq etmədim”
Bizi izləyin

Magazin1

Nazilədən “ailədə HEGOMON mənəm” söhbətinə MÜNASİBƏT: “Riyakarlıq etmədim”

Tanınmış şairə Nazilə Səfərlinin 10 ay bundan əvvəl verilmiş müsahibəsi şişirdilib.

Publika.az xəbər verir ki, əsəbləri gərgin olan şairə və ailəsi bu durumdan narahatçılıq keçirib. Sosial şəbəkələrdə şairə xanımın sözləri təhrif olunaraq, məğzi dəyişdirilib.

Şairə məsələyə münasibət bildirərək belə açıqlama verib:

"Bəli, elə söhbət olub. Amma sual verildi deyə, elə cavab verdim. Sual verildi ki, “Həyat yoldaşınız sizə bahalı hədiyyələr edirmi?”, mən də riyakarlıq etmədim, gizlətmədim dedim ki, yox, çünki vermir. “Niyə?” deyə təkrar sual veriləndə “Bu insanın maaşı 400 manatdır, mən ondan hansı hədiyyəni tələb edə bilərəm axı?” dedim. Mövzu belə olub. Ümumiyyətlə, bizim evdə pul mövzusu yoxdur. Kim nə qazandı evə gətirir, ailənin ümumi büdcəsi var. Bilirəm bu söhbətləri kim şişirib, oxun kim tərəfindən sancıldığını bilsəm də, susuram. Niyə susuram çünki həmin insanlar mənim gözümdə çox kiçikdilər. Kiçik olduqları üçün də belə işlərə əl atırlar. Həm də onları reklam eləmək istəmirəm".

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm