Təranə əsəbiləşdi: “Uşağıma bic deyənlərin...”
Bizi izləyin

Magazin1

Təranə əsəbiləşdi: “Uşağıma bic deyənlərin...”

Prodüser Təranə Səmədova ARB TV-nin “Düz bazar” verilişində qonaq olub.

Publika.az xəbər verir ki, azyaşlıların zorlanması mövzusunda gedən proqramda prodüser maraqlı açıqlamalar verib:

“Bu cür mövzular mənə pis təsir edir. Mən uzun müddət uşağımın atasının kimliyini açıqlamadım. Bu, mənim özəlimdir. Müzakirəyə çıxarılmasını istəmirəm. Bunu açıqlamırdım deyə, keçmiş həyat yoldaşıma müəyyən təpkilər göstərdilər ki, niyə uşağına sahib çıxmırsan? O da oradan çıxış edib ki, mənim uşağım deyil. Həmin aqressiyanın qarşılığında mən susa bilmərəm axı.

Sosial şəbəkələrdə yazırlar ki, uşaq bicdir. Uşağımın atasını çox gözəl tanıyıram. Sadəcə istəmədim ki, onun soyadını götürüm. Mənim uşağıma bic deyənlərin atasının kimliyi bəlli deyil. Mənim dünyaya uşaq gətirmək hüququm var idi və gətirdim”.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm