Demet Akalın Aygün Kazımovadan oğurluq edib? - VİDEO
Bizi izləyin

Magazin1

Demet Akalın Aygün Kazımovadan oğurluq edib? - VİDEO

Tanınmış türkiyəli ifaçı Demet Akalının “Damga-damga” mahnısınna çəkdirdiyi klip ətrafında qalmaqal yaranıb.

Publika.az xəbər verir ki, Star TV-də yayımlanan “Duymayan kalmasın” verilişində ekran işinin Xalq artisti Aygün Kazımovanın fotosessiyası zamanı lentə alınan “backstage” videosundan oğurlandığı deyilib. Verilişdə bu iddanı Azərbaycan mediasının yazdığı bildirilib.

Proqramda hər iki görüntünün çəkildiyi məkan bir-birinə çox bənzədiyi qeyd olunub. Proqramın aparıcıları Cengiz Semercioğlu və Seren Serengil heç bir bənzərliyin olmadığını dilə gətirib:

"Bu rejissorun işidir, Demetə aid deyil ki... Demet haradan bilsin? O qədər axmaq bir şeydir ki, boş-boş vaxtımız getdi. Qayalıqlar, buludlar var. Ajda Pekkanın da, başqa ifaçıların da belə məkanlarda klipi olub”.

Daha sonra S.Serengil azərbaycanlıları çox sevdiyini bildirirərək, bu sözləri deyib:

“Azərbaycanlıları çox sevirəm, o qədər gözəl mahnı yazırlar ki... Kaş mənə də bir mahnı göndərsinlər, albomuma daxil edim”.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm