Magazin1
Arif Quliyevin vəziyyəti pisləşdi - “Maşın şou”dan getdi - - VİDEO
12-ci mövsümdür yayımlanan “Maşın şou”da iştirak edən xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib.
Publika.az xəbər verir ki, bu barədə verilişin aparıcısı Murad Dadaşov məlumat verib.
M. Dadaşovun sözlərinə görə, günorta vaxtı studiyada A. Quliyevin səhhətində ciddi problem yaranıb və dərhal təcili yardım çağırılıb. Həkimin ilkin müayinəsindən sonra onun əsəb gərginliyi ilə əlaqədar təzyiqinin qalxdığı bildirilib.
Xalq artistinin səhhəti ilkin tibbi müdaxilədən sonra stabilləşib. Verilişin təşkilatçıları aktyoru xəstəxanaya yerləşdirmək istəsələr də, o bundan imtina edib və evinə aparılmasını istəyib.
Həkimlər Arif Quliyevin səhhəti ilə əlaqədar yarışmada davam edə bilməyəcəyini deyib. Buna görə də o, verilişdə iştirakını dayandırıb. (Qafqazinfo)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!