Rəngsaz, "kloun", usta kimi çalışan Azərbaycan MÜĞƏNNİLƏRİ - ADLAR
Bizi izləyin

Magazin1

Rəngsaz, "kloun", usta kimi çalışan Azərbaycan MÜĞƏNNİLƏRİ - ADLAR

“Maşın” realiti şousunun dünənki buraxılışına damğa vuran olaylardan biri iştirakçıların etirafları olub.

Publika.az xəbər verir ki, keçmişdə başlarına gələn hadisələrlə bağlı danışan məşhurlar heç kimin bilmədiyi sənət növlərində işlədiklərini qeyd ediblər:

Aparıcı Vüsalə Kərimova:

“İlk dəfə “Sara” kanalında xəbərlər buraxılışında çalışmışam. 14 il prezident müxbiri kimi işləmişəm. “Araz radiosu”nun və MUZ TV-nin direktoru olmuşam”.

Müğənni Talıb Tale:

“Parket ustası işləmişəm. Bu yaxınlarda birinin toyuna getmişdim. Sonra onlar dedi ki, üzün nəsə tanış gəlir. Yadıma düşdü ki, mən bu evdə usta işləmişəm”.

Jurnalist Ülviyyə Alovlu:

“19 yaşından bizneslə məşğul olmuşam. Amerikanın məşhur şirkətlərindən birində yüksək statusda işləmişəm. “Maşın” şou gedən ərəfədə marketinq üzrə dərs deyirdim. Röyanın “Röyayam” mahnısının sözləri mənə məxsusdur. Brilliant Dadaşovanın “Masal dünyam” adlı albomunda da mənim sözlərimdən ibarət mahnı var”.

Müğənni Xatun Əliyeva:

“Nəşriyyatda və müxtəlif qəzetlərdə jurnalist kimi işləmişəm”.

Aktyor İlkin Misgərli:

“Ehtiyacım olduğuna görə 5 il “kloun” işləmişəm. O zaman “Zuzu, Mimi və Gombul” adlı məşhur üçlüyümüz var idi. Murad Dadaşovun tədbirlərinə o qədər getmişəm ki, indi belə məni tanımır”.

Əməkdar artist Mehriban Xanlarova:

“8-ci sinifdə məktəbi tərk etdim və oyuncaq fabrikində işləməyə başladım. Həm evə, həm özümə baxırdım. Elə oldu ki, yaşlı bir qadın mənə sənədlərimi gecə məktəbinə verməyimi istədi. Nə yaxşı ki, o qadına qulaq asmışam. “Sahilsiz gecə”də Zibeydə obrazını oynadım və onunla da partlayış etdim”.

Əməkdar artist Tünzalə Əliyeva:

“Moskvada teatrlardan birində səhnə arxasında işçi kimi çalışdım. Daha sonra aktrisa oldum”.

Aparıcı Vüsalə Əlizadə:

“Atam memardır. Bu qabiliyyət mənə də keçib, yeməklərə xüsusi dekor verməyi bacarıram. 1-ci kursdan sonra böyrəklərim fəaliyyətini dayandırdı. Anam öz böyrəyini mənə verdi. Üç gün komada qaldım, 2002-ci ildən özümü yenidən doğulmuş kimi hiss edirəm”.

Müğənni Rauf Əhmədov:

“Xüsusi təyinatlı dəstədə xidmət etmişəm. Snayper silahının mahir istifadə edirdim, 400 metrdən nişan alırdım. Sonra gəlib teatrda çalışmışam. Orada ilk dəfə ayı obrazını canlandırmışam. Eyni zamanda rəngsaz işini də öyrənirdim”.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm