Abbas Röyaya dəstək verib Faiq Ağayeva SÖZ ATDI - VİDEO
Bizi izləyin

Magazin1

Abbas Röyaya dəstək verib Faiq Ağayeva SÖZ ATDI - VİDEO

Röya Ayxanla xalq artisti Faiq Ağayev qalmaqalına Əməkdar artist Abbas Bağırov da münasibət bildirib:

Publika.az xəbər verir ki, o, “Xəzər maqazin” proqramına açıqlama verərək, F.Ağayevin “Azərbaycanda konsertdən pul qazanan üç müğənnidən biri mənəm” sözlərinə sərt reaksiya verən Əməkdar artist Röya Ayxana dəstək olub.

A.Bağırov Röyaya üzünü tutaraq:

“Röya rekord sayda ildə 2-3 dəfə, hərəsi də 3-4 gün konsertlər verir. Onun etdiyi konsertlərin və onu sevənlərin sayı qədər ikinci bir müğənni tanımıram. Düşünmə ki, konsert verəndə iki boş yerin qalacaq. Sən tələbatlı musiqiçi, sevimli Röyasan. Boş-boş danışanlara fikir vermə, Röya. Fonoqramlar qoy, özü üçün danışsın”.

O, həmçinin bu sırada Xalq artistləri Brilliant Dadaşovanın, Zülfiyyə Xanbabayevanın da adını çəkib:

“Onların milyonlarca sevənləri var. Bu gün Zülfiyyə xanım konsert versə, hamı gedəcək".

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm